Icma.az
close
up
RU
“Moody’s” ADY nin kredit reytinqini yüksəldib

“Moody’s” ADY nin kredit reytinqini yüksəldib

Icma.az, Apa.az saytına istinadən bildirir.

Beynəlxalq reytinq agentliyi “Moody’s” “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) uzunmüddətli korporativ ailə reytinqini (CFR) B1-dən Ba3 səviyyəsinə yüksəldib.

Bu barədə “APA-Economics”ə ADY-dən bildirilib.

Məlumata görə, ADY-nin 2024-cü ili əhatə edən fəaliyyəti dövrü ərzində sərnişindaşıma, təhlükəsizlik və dayanıqlı inkişaf istiqamətlərindəki müsbət dəyişikliklər “Moody’s” agentliyi tərəfindən kredit reytinqinin verilməsində əsas təsiredici amillər kimi rol oynayıb.

“Moody’s”in hesabatında ADY-nin gəlirlərinin illər üzrə stabil artımı, maliyyə və iqtisadi göstəricilərinin yaxşılaşması, yükdaşıma həcmlərinin artması, xüsusilə tranzit rejimində yükdaşımaların artırılması istiqamətində ölkə və dəmiryol hədəflərinin olması göstərilib. Bundan əlavə, ADY-nin ölkənin sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyəti vurğulanıb. Həmçinin ADY-nin gəlirlərinin artması fonunda maliyyə əmsallarının 2024–2025-ci illər üzrə bir neçə dəfə yaxşılaşması qeyd olunub.

Reytinqin yüksəldilməsinin digər əsas səbəbləri kimi ADY-nin borcunun əhəmiyyətli dərəcədə azalması, kredit göstəriciləri və kredit profilinin yaxşılaşması ilə əlaqədar maliyyə göstəricilərindəki müsbət tendensiya, həmçinin şirkətin davamlı inkişafı üçün əsaslı təməl yaradılması göstərilib.

Rəqabətqabiliyyətinin yaxşılaşdırılması və potensial inkişafa nail olmaq üçün ADY-nin ciddi islahatlar aparması, investisiya proqramlarının icrası nəticəsində həm infrastrukturun, həm də hərəkət tərkibinin yenilənməsi prosesinin həyata keçirilməsi, Bakı–Tbilisi–Qars dəmiryol xəttinin modernləşdirilməsi layihəsinin yekunlaşması və yük buraxıcılıq qabiliyyətinin il ərzində 1 milyon tondan 5 milyon tona çatdırılması hesabatda qeyd olunan əsas məqamlardandır.

“Hesabatda maliyyə və likvidlik göstəricilərinin yaxşılaşmasının ADY-nin yeni investisiya layihələri hesabına gələcəkdə gəlirlərinin daha da artırılmasına və davamlı inkişafın təmin edilməsinə yeni imkanlar yaradacağı qeyd edilir. Likvidlik göstəricilərinin yaxşılaşması ADY-nin maliyyə öhdəliklərinin icrası zamanı hər hansı çətinliyinin olmayacağı barədə əminlik yaradır.

Reytinqin yüksəldilməsi ADY-nin maliyyə etibarlılığını artırır və sabit gəlirliliyi ifadə edir. Bu isə bankların və investorların şirkətə daha aşağı faizlə kredit verməsinə imkan yaradır.

Yüksəlmiş reytinq təchizatçılar və biznes müştərilər üçün də maliyyə sabitliyi və ödəniş qabiliyyəti baxımından pozitiv siqnaldır. Bu, daha sərfəli əməkdaşlıq şərtlərinə yol aça bilər.

Bundan başqa, yüksək kredit reytinqi ADY-nin əməliyyatlarının daha səmərəli həyata keçirilməsinə şərait yaradır, eləcə də ADY-nin ictimai nüfuzunu və beynəlxalq imicini gücləndirir. Bu, şirkətin beynəlxalq layihələrdə və əməkdaşlıqda daha fəal iştirak etməsinə və strateji tərəfdaşlıqlar qurmasına imkan verir.

Kredit reytinqinin artırılması nəticəsində ADY-nin maliyyə imkanlarının genişlənməsi, əməliyyat səmərəliliyinin yüksəlməsi və beynəlxalq nüfuzunun güclənməsi ümumilikdə Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə də töhfə verəcək”-deyə məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 May 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri