Icma.az
close
up
RU
Moped sürücülərinin diqqətinə Bu gündən etibarən...

Moped sürücülərinin diqqətinə Bu gündən etibarən...

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bu gündən moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq və mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək.
Demokrat.az “trend.az”a istinadla xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" Qanunda 9 dekabr 2025-ci ildə edilən dəyişikliklər 26 mart 2026-cı ildən qüvvəyə minib.
Qanuna əsasən, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və ya iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir.
Bu qanunun 27, 29, 33, 34 və 37-ci maddələrinin tələbləri istisna olmaqla asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulacaq.
Həmçinin, Azərbaycan ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları, habelə mopedlər bu qanunla və bu qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınacaq.
Bundan əlavə, Azərbaycan ərazisindəki yollarda mopedi idarəetmə hüququ "A1" kateqoriyalı sürücülük vəsiqəsi əsasında həyata keçiriləcək.
Bundan əlavə, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla) yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.
Asma mühərrikli velosiped və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsi (moped istisna olmaqla) sürücülərinə asma mühərrikli velosiped və ya oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla) ilə birgə istismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisna olmaqla asma mühərrikli velosipedləri və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələrini (mopedlər istisna olmaqla), eləcə də həmin nəqliyyat vasitələri ilə yedəyə almaq qadağan ediləcək.
Mopedlər yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə mümkün qədər yolun sağ kənar zolağında hərəkət etməlidirlər.
Bu qanunun 37-ci maddəsinin I və IV hissələri, V hissəsinin 2-4-cü bəndləri, VI hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş tələblər moped sürücülərinə də şamil ediləcək.
Bununla yanaşı, motosikletin və mopedin uzunu ve ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan ediləcək.
Baş Dövlət Yol Polisi İdarəsinin moped sürücülərinə müraciətində bildirilib ki, 2026-cı il mart ayının 26-dan etibarən moped idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarda dəyişiklik edilməsi haqqında Fərman da bu gündən qüvvəyə minib.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Mart 2026 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri