Icma.az
close
up
RU
Mörfinin bu sözlərini qulağınıza sırğa edin Murad Köhnəqala yazır

Mörfinin bu sözlərini qulağınıza sırğa edin Murad Köhnəqala yazır

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Yaxın dostum olmuş atası dünyasını dəyişəndən oğlu Aydın mənimlə tez-tez zəngləşir. 

Dünən telefonda dedi, əmi, səninlə çox ciddi məsələ haqda danışmaq istəyirəm, mütləq görüşək. 

Ürəyimdə fikirləşdim, ailə münaqişəsi olmasın! Ancaq onun həyat yoldaşından arxayın idim, bilirdim ki, hər şeydən ötrü ziddiyət yaradan deyil, uşaqları da balacadı, iki yaşı olar-olmaz.

Nəysə, “İnşaatçılar”da həmişəki kafedə görüşdük. Xoş-beşdən sonra dedim: “Söylə görüm, ey gənc, dərdin nədir?” Gülüb dedi, əmi, elə bir problem yoxdu, sadəcə, başımıza dünən bir iş gəlib, hələ də mənasını anlaya bilmirəm. 

Biraz arxayınlaşdım, dedim, əndər gəlsin, görüm mənim qafiyələrimə uyğun gələcəkmi.

Adətən, atası ilə bu dildə danışırdıq. Baxdım ki, uşağın gərginliyi çəkildi, qımışdı, güldü, sakitləşdi. Dərindən nəfəs alıb başladı. 

Dedi, əmi, dünən Günəşliyə bir iş dalınca getmişdim. Dostlarla təzəcə oturmuşduq ki, telefonuma zəng gəldi. Götürdüm, gördüm yoldaşımdı. Dedim, nə məsələdi, sən niyə başqa telefonla zəng edirsən? Dedi, bəs, evin qapısı çarpılıb, uşaq içəridə qalıb, mən də çöldəyəm nazik ev paltarında. Telefon da içəridə qalıb, bu qonşununkudu. Ay daa, dəli oldum! 

Dedim, dayan görüm oğul, necə yəni, sənin qapın çarpılanda birbaşa bağlanır ki? 

Dedi, hə, əmi! Deməli, mənzilin çöl qapısını qoyduranda dedilər, zamok belədi, çöldən tutalğac yoxdu deyə, bağlananda çöldən açarsız açmaq olmur. İstəsən sonra çöldən tutalğac qoydura bilərsən. Mən də fikirləşirdim, əşi, elə çöldən tutalğac olmasa yaxşıdı, hər gələn əl atmasın. Onsuz da hara getdik, hərənin açarı özündədi. Bizdə də özün bilirsən, əsas çöl-bayıra çıxan mənəm. 

Bizdə çöl qapısı ilə balkonun qapısı “skvaznyak” olduğuna görə hər ikisi açılanda biri mütləq çarpılıb örtülür. 

Biz adətən, zibil paketini qapının çölünə qoyuruq, evdən çıxanda da götürüb küçədəki zibil qabına atırıq. Deməli, yoldaşım zibil paketini çölə qoyanda qapı çarpılır və özü çöldə, uşaq içəridə qalıb. Bizdə də zamok elə qoyulub, içəridən uşağın açarı burmağa gücü çatmaz. Düzdü, yoldaşım bir neçə dəfə uşağı səsləyib, “açarı bur” desə də uşaq bacarmayıb. 

Biraz keçəndən sonra  uşaq başlayıb içəridə çığır-bağır salmağa. Yoldaşım lap özünü itirib, qonşuların qapısını döyüb ki, telefon alıb mənə zəng eləsin.

Mərtəbəmizdəki qonşulardan yalnız biri evdə olub. 

Nəysə, mənə zəng elədi. Soyuq hava, yoldaşımın halını təsəvvür elədim. Tez onu sakitləşdirdim, dedim, narahat olma, bu dəyqə taksiyə oturub gəlirəm. Uşaqlarnan sağollaşıb məhlədəki taksilərin birinə oturdum, haydı Yasamala! Taksiyə də dedim, vəziyət belədi, sən canın, gör, probkasız yerlərlə sürə bilirsənmi. Beləcə, gəlib Xalqlar Dostluğuna tərəf burulanda arxadan bir maşın gəlib sağ tərəfdən özünü bizə çaxdı. Ay daa! Dedim, ilahi, bu nəydi?! 

Nəysə, sürücülərin ikisi də düşdü. Biri deyir, günah səndədi, o biri deyir, mən düz gedirdim, sən gəlib mənə çaxmısan. Nə başını ağrıdım, taksiyə dedim, əmoğlu, mən gedirəm, ta polisi gözləmək halım yoxdu. Bu da deyir, qardaş, gözlə, səni aparacam mütləq. Dedim, yox ee, qardaş, qaçım metroya, ən yaxşısı metrodu. Dedi, görürsən ziyanlıqdı, heç olmasa taksinin pulunu ver. Nəysə əmi, dişim bağırsağımı kəsir, Yasamal üşün danışdığım pulu tam ödədim buna. Metroya da bir kilometrdən çox qalıb, qaçdım metroya. Metrodan çıxıb avtobusa, ordan da qaça-qaça evə! 

Nəysə, gəldim lifti basdım 9-cu mərtəbə! Açarı da cibimdə bir neçə dəfə yoxlamışam ki, heç olmasa itirməyim. Liftlə qalxanda açarı şalvarın cibindən çıxarıb gödəkcəmin cibinə qoydum ki, çatan kimi dərhal əlimə gəlsin. Nəysə, 9-da lift dayandı, tər məni basıb. Liftin qapıları açılanda yaylığımı çıxarıb tərimi silmək istəyirdim ki, inanmazsan, açar dəstəsinnən cibimdən liftin çıxışındakı aralığa düşdü. Ta, bu qədər də olmaz daa! Az qaldı başıma hava gəlsin! 

Gəldim qapımızın ağzına, gördüm yoldaşım nazik ev donunda həm həyəcandan, həm soyuqdan sitildəyir. Məni görən kimi sevinmiş üstümə cumub: “Tez gəl görək, uşaq içəridə özünü öldürür!” – dedi. 

Qapıya yaxınlaşıb uşağı çağırdım ki, görüm səsi necə gəlir. Nəsə, içəridən gələn yanıq iyi hiss elədim, ancaq bunu deyib anasını qorxutmaq istəmədim. Yoldaşım qışqırdı: “Ayə, qapını aç, nə uzadırsan?!” 

Qonşu yazıq da həyəcanlanıb. Dedim, vəziyət belədi, açarı salmışam liftin şaxtasına! 

“Ayə, sən nə danışırsan?” - yazıq başını divara vurur.  Dedim, yaxşı sakitləş, mən indi gedib komendantı tapacam, liftin şaxtasına düşmək lazımdı. 

Komendanta zəng eləmişəm, vəziyəti başa salmışam. O da dedi, uzaqdayam, gözlə gəlirəm. Qonşumla düşmüşük aşağı. 

Komendantı gözlə-gözlə gələcək. Hannan-hana gəlib çıxıb. Təzədən soruşur, təzədən izah eləmişəm. Bu da astagəl adamdı, az qalıram qucağıma alıb qaça-qaça aparam bunu. Nəysə, düşmüşük şaxtaya, orda bir dəmir var, birləşib qaldırmışıq yuxarı, mən düşmüşəm şaxtaya, telefonun işığında tapmışam açarı. Tez fırlanıb qalxmışam 1-ci mərtəbəyə, ordan da 9-a! 

Nəysə, qapını açanda gördüm içəridə tüstü, yanıq iyi! Uşaq qaçıb gedib ən arxa otağa. 

Baxdım ki, mətbəxdəki qaz plitəsinin elektrik gözü yanır. Yoldaşıma deyirəm bunu sənmi belə qoyub çıxmışdın? Deyir, yox. Düz deyir, biz yeməyi qaz yanan gözündə  bişiririk. 

Bəs, necə olub? 

Demək, yoldaşım soyuducudan yeməyi qızdırmaq üçün çıxarıbmış, sadəcə, qazanı elektrik tərəfə qoyubmuş ki, birazdan qazı yandırıb üstünə qoysun.

Beləcə çölə çıxıb. Uşaq da içəridə tək qalanda plitənin elektrik gözünü işə salıb.  

Baxdım ki, yemək qaynayıb-quruyub kömürə dönüb. 

Nəysə, əmi, həmin gün elə bil kimsə bizə qarğış eləyirdi. Yoldaşım da deyir, bizi kimsə cadulayır. Gəlmişəm, səndən məsləhət almağa, biz neyləməliyik? Bu nə iş idi başımıza gəldi? Belə təsadüf ola bilməz, axı! 

Dedim, ey oğul, guş qıl mənə!

Buna Mörfi qanunu deyərlər! 

Mörfi qanunu eşitmisənmi? Dedi, o nədi, belə şey eşitməmişəm. 

Dedim, qulaq as! 

Dedim, Eduard Mörfi 1990-cı ildə vəfat eləmiş bir ingilis mühəndisidi. Bu Mörfi 1949-ci ildə, illərin əziyəti ilə yığılmış bir raket texnikası üzərində sınaq apararkən, cihazlardan birini cuzi səhv bağladığına görə bütün sistemi çökdürüb. Bu qəzadan sonra mühəndis insanları hər zaman gözlənilməz hadisələrə hazır olmağa çağırmış  və özünün tərsliklər qanunlarını yazmışdı. Sonradan sənin kimi adamlar da öz başına gələnləri onun bu qanunlarına əlavə edərək yekə bir tərslik məcəlləsi yaratmışlar. İndi sənə Mörfi qanunlarından yadımda qalan bir-ikisini deyəcəm, başa düşəcəksən. Məsələn:

*Tunelin o başında görünən işıq gələn qatarın işığı ola bilər.
*Həll olunan hər problem yeni problemlər yaradır.
*İşləməyən əşya təmirə gətiriləndə işləməyə başlayır.
*Uzun müddət gözlədiyin avtobus sən siqaret yandıran kimi gəlib çıxır.
*Əgər özünüzü yaxşı hiss edirsinizsə, narahat olmayın, keçəcək.
*Siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf gedir.
*Axtardığımız şeyi ən axırıncı baxdığımız yerdən tapırıq.
*Mağazada ən xoşuna gələn ayaqqabı ayağını sıxacaq. 
*Səhv yığdığın telefon nömrəsi heç vaxt məşğul  göstərmir. 

Beləcə, hərə öz uğursuzluq təcrübəsini Mörfinin qanunlarına əlavə edərək yekə bir tezislər məcmuəsi düzəltmişlər. 
Səni təbrik etmək olar, artıq sən də bir tezis əlavə etdin:

*Əgər qapının çarpılaraq bağlanmaq etimalı varsa mütləq bağlanacaq.    

Ancaq, bütün bu qanunlar insanları ayıq-sayıqlığa səsləmək üçündür. Yəni, hər bir ehtimalı önləməlisən. Hə, biri də yadıma düşdü deyir: 

*Əgər bir problemin 99 faiz həll olunma ehtimalı varsa, mütləq yerdə qalan o 1 faiz qalib gələcək. 

Ona görə, əzzim Aydın, sən ən birinci o qapının kilidini həmin gün dəyişdirməli idin, ya da açarın bir nüsxəsini mütləq yaxın bir yerdə gizlətməli idin. Ən düzgünü kilidi dəyişdirmək idi. Mörfi qanunu bu dəfə sənə dəyməyib, cavanlığına bağışlayıb. Həyat belədi, bütün pis ehtimalların qarşısını almalısan.

Hər cür gözlənilməz bəd hadisəyə isə həmişə hazır olmalısan.    
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Noyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see157

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see142

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri