Icma.az
close
up
RU
Moris 900 ə, Oveçkin 877 yə çatdı

Moris 900 ə, Oveçkin 877 yə çatdı

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

MHL-də son üç gündə keçirilən oyunlarla bağlı bəzi maraqlı məqamlar var.

“Vaşinqton”un forvardı Aleksandr Oveçkin “Vinnipeq”lə oyunda daha bir qol vurmaqla Ueyn Qretskinin rekorduna (894) doğru bir addım da atdı. 39 yaşlı rusiyalı ulduz MHL-də keçirdiyi 1462-ci oyunda 877-ci qolunu vurdu. İndi onu əfsanəvi kanadalıdan yalnız 17 qol ayırır. Yeri gəlmişkən, Qretskinin 894 qolu 1487 oyunda vurduğunu da xatırladaq.
“Pittsburq”un kapitanı Sidni Krosbi “Neşvill” ilə oyunda həm qol vurdu, həm də məhsuldar ötürmə verdi. Kanadalı əfsanə ən azı 40 məhsuldar ötürmə verdiyi mövsümlərin sayını 16-ya çatdırdı. O, bu göstəricidə MHL tarixində 5-ci pilləyə yüksəldi. Marsel Dionn və Niklas Lidstryom da 16 belə mövsüm keçirib. Krosbi yalnız Ueyn Qretski (19), Ron Frensis (19), Qordi Hou (18) və Rey Burkdan (17) geri qalır.
Daha bir maraqlı xəbər “Ottava” və “Kalqari” azarkeşlərinin ABŞ himnini fitə basmasıdı. Belə jestə azarkeşlər “Ottava” – “Minnesota” və “Kalqari” – “Detroyt” oyunlarında əl atıblar. Təbii ki, səbəb hər kəsə aydındı. Yanvarın 20-də ABŞ prezidenti kürsüsünə əyləşən Donald Tramp Kanadadan idxal olunan enerji məhsullarına 10, digər mallara isə 25 faiz tarif tətbiq edən sərəncam imzalayıb. Tramp Kanadanı ABŞ-nin 51-ci ştatı kimi görmək istəyini də gizlətmir.
Sonda baş məşqçilərlə bağlı bir xəbərimiz də var. “Florida”nın çalışdırıcısı Pol Moris “Çikaqo” ilə oyunda MHL-dəki 900-cü qələbəsini qazandı. O, 900 qələbə həddinə çatan 4-cü baş məşqçidi. Əvvəllər Barri Trots (914), Coel Kennevill (969) və Skotti Boumen (1244) də bu zirvəni fəth edib. Moris bu qələbələrin 384-nü “Karolona”, 315-ni “Vinnipeq”, 125-ni “Florida”, 76-nı isə “Toronto” ilə qazanıb.
1 fevral
Baffalo – Neşvill 4:3 (2:2, 1:1, 1:0)
Dallas – Vankuver 5:3 (1:0, 1:1, 3:2)
Kolorado – Sent-Luis 5:0 (4:0, 0:0, 1:0)
Yuta – Kolambus 2:3 ОТ (0:0, 1:0, 1:2, 0:1)
Florida – Çikaqo 5:1 (2:1, 1:0, 2:0)
Boston – Reyncers 6:3 (2:1, 2:0, 2:2)
2 fevral
Karolina – Los-Anceles 2:4 (1:1, 0:2, 1:1)
Edmonton – Toronto 3:4 (0:3, 1:0, 2:1)
Ottava – Minnesota 6:0 (1:0, 2:0, 3:0)
Pittsburq – Neşvill 3:0 (1:0, 1:0, 1:0)
Tampa-Bey – Aylenders 2:3 ОТ (0:0, 1:1, 1:1, 0:1)
Vaşinqton – Vinnipeq 4:5 ОТ (0:2, 2:1, 2:1, 0:1)
Kalqari – Detroyt 1:3 (0:2, 0:0, 1:1)
Baffalo – Nyu-Cersi 4:3 (3:0, 1:1, 0:2)
Kolorado – Filadelfiya 2:0 (0:0, 2:0, 0:0)
3 fevral
Anahaym – Monreal 3:2 (0:2, 2:0, 1:0)
Dallas – Kolambus 5:3 (1:1, 2:2, 2:0)
Florida – Aylenders 6:3 (2:0, 2:3, 2:0)
Reyncers – Veqas 4:2 (0:1, 1:1, 3:0)
Yuta – Sent-Luis 1:2 (0:1, 0:0, 1:1)
Vankuver – Detroyt 2:3 ОТ (1:1, 0:1, 1:0, 0:1)
Sietl – Kalqari 2:3 (0:3, 1:0, 1:0)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Fevral 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see400

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see357

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see322

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see316

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see292

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see271

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see208

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see205

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see202

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see189

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see182

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see176

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see166

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri