Icma.az
close
up
RU
Oveçkin 887 yə, Drayzaytl 100 ə çatdı

Oveçkin 887 yə, Drayzaytl 100 ə çatdı

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

MHL-də keçirilən oyunlarla bağlı maraqlı statistik detallar var.
"Football-plus.az" xəbər verir ki, “Edmonton”un forvardı Leon Drayzaytl “Aylenders”lə oyunda iki məhsuldar ötürmə verdi. 29 yaşlı almaniyalı ulduz bununla da cari mövsümdə xal sayını 100-ə çatdırdı – onun hesabında 49 qol, 51 ötürmə var.
Drayzaytldan əvvəl “Kolorado”dan Natan Makkinnon da cari mövsümdə 100 xal toplamışdı.
“Edmonton” karyerasında 6-cı dəfə 100 və daha artıq xal toplayan Drayzaytl bu göstəricidə Yari Kurriyə çatdı və yalnız Konnor Makdevidlə (7) Ueyn Qretskidən (9) geri qalır.
Qretskidən söz düşmüşkən, onun bir rekordu elə bu mövsüm qırıla bilər. “Vaşinqton”un forvardı Aleksandr Oveçkin “San-Xose”nin qapısına yol tapmaqla müntəzəm çempionatda qol sayını 887-yə çatdırdı. 39 yaşlı rusiyalı buna Şimali Amerika liqasında keçirdiyi 1477-ci oyunda nail oldu. Oveçkin Qretskinin məlum rekordunu (894) qırmaq üçün 7, yeniləmək üçün daha 8 qol vurmalıdı. “Vaşinqton”un mövsümün sonuna qədər hələ 15 oyun keçirəcəyini də nəzərə alsaq, rekordun elə bu mövsüm yenilənməsi tam mümkündü.
MHL-də adından ən çox söz etdirən hokkeyçilərdən biri də Sidni Krosbidi. “Nyu-Cersi” ilə oyunda məhsuldar ötürmə verən kanadalı ulduz müntəzəm çempionatda keçirdiyi 1339-cu oyunda xal hesabını 1669-a (615+1054) çatdırdı. Qretski də “Edmonton”un heyətində keçirdiyi 696 oyunda 1669 xal toplamışdı. Qretski ilə Krosbi bu göstəricidə MHL tarixində 4-cü yeri bölüşür. Onları Qordi Hou (“Detroyt”un heyətində 1687 oyunda 1809 xal), Stiv Ayzerman (“Detroyt”, 1514 oyun, 1755 xal) və Mario Lemye (“Pittsburq”, 915 oyunda 1723 xal) qabaqlayır.
15 mart
Karolina – Detroyt 4:2 (0:1, 3:0, 1:1)
Aylenders – Edmonton 1:2 OT (0:0, 0:1, 1:0, 0:1)
Vinnipeq – Dallas 4:1 (2:0, 1:0, 1:1)
Kalqari – Kolorado 2:4 (0:1, 0:1, 2:2)
Anahaym – Neşvill 2:1 (0:0, 1:0, 1:1)
Sietl – Yuta 4:2 (1:1, 1:1, 2:0)
Baffalo – Veqas 4:3 Б (0:1, 1:1, 2:1, 0:0, 1:0)
Pittsburq – Nyu-Cersi 7:3 (2:1, 1:0, 4:2)
16 mart
San-Xose – Vaşinqton 1:5 (0:3, 0:0, 1:2)
Boston – Tampa-Bey 2:6 (1:1, 0:3, 1:2)
Kolambus – Reyncers 0:4 (0:1, 0:1, 0:2)
Monreal – Florida 3:1 (2:0, 0:1, 1:0)
Filadelfiya – Karolina 0:5 (0:2, 0:2, 0:1)
Toronto – Ottava 2:4 (0:0, 2:3, 0:1)
Los-Anceles – Neşvill 1:0 ОТ (0:0, 0:0, 0:0, 1:0)
Minnesota – Sent-Luis 1:5 (0:1, 1:2, 0:2)
Vankuver – Çikaqo 6:2 (2:0, 1:1, 3:1)
Detroyt – Veqas 3:0 (0:0, 1:0, 2:0)
Kolorado – Dallas 4:3 ОТ (1:1, 2:0, 0:2, 1:0)
17 mart
Sent-Luis – Anahaym 7:2 (2:0, 3:1, 2:1)
Reyncers – Edmonton 1:3 (0:1, 1:0, 0:2)
Aylenders – Florida 4:2 (0:0, 0:2, 4:0)
Vankuver – Yuta 1:3 (0:0, 1:1, 0:2)
Sietl – Vinnipeq 2:3 OT (2:1, 0:1, 0:0, 0:1)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Mart 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri