Icma.az
close
up
RU
Kopitar 1300 ə, Oveçkin 1550 yə çatdı

Kopitar 1300 ə, Oveçkin 1550 yə çatdı

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Qış Olimpiadasına görə MHL-in müntəzəm çempionatında uzunmüddətli fasilə yaranıb.

"Football-plus.az" xəbər verir ki, fasilə ərəfəsindəki son oyunlar fevralın 6-da keçirildi və bəzi maraqlı məqamlarla müşayiət olundu.
“Los-Anceles”in hücumçusu Anje Kopitar MHL-də 1300 xal həddinə çatdı. O, komandasının “Veqas”a 1:4 uduzduğu oyunda məhsuldar ötürmə ilə yadda qaldı. 38 yaşlı sloveniyalı fəaliyyətdə olan hokkeyçilər arasında 1300 xal həddinə çatan 5-ci oyunçudu. Kopitar yalnız Sidni Krosbi (1746), Aleksandr Oveçkin (1671), Yevgeni Malkin (1390) və Patrik Keyndən (1375) geri qalır. 2006-cı ildən “Los-Anceles”in şərəfini qoruyan sloveniyalı MHL-də sonuncu mövsümünü keçirir.
Bəlkə 2025/26 Aleksandr Oveçkin üçün də sonuncu mövsümdü. Amma hələlik “Vaşinqton”un rusiyalı ulduzu xal ehtiyatını artırmaqdadı. 40 yaşlı Oveçkin “Neşvill” ilə qarşılaşmada buz üzərinə çıxmaqla müntəzəm çempionatlarda 1550-ci oyununu keçirdi. O, bu göstəricidə 17-ci pilləyə yüksəldi. 16-cı yerdə “Kolorado”nun 1985 oyun keçirən müdafiəçisi Brent Berns qərarlaşıb. Oveçkin indiyə qədər müntəzəm çempionatlarda 919 qol vurub, 752 məhsuldar ötürmə verib. Oyun sayında MHL rekordçusu isə Patrik Marlodu (1779).
Yeri gəlmişkən, Olimpiadaya görə yaranan fasilədə Dubaya baş çəkən Oveçkin xoş sürprizlə üzləşib. Yerli restoranların birində ulduz hokkeyçiyə baş aşpazın adından xüsusi tort təqdim olunub. Üzərində “1000-ci qol yolunda” yazılan tortun şəklini sosial şəbəkədə Oveçkinin xanımı yayıb.
Xatırladaq ki, 40 yaşlı Oveçkin indiyə qədər pley-off da nəzərə alınmaqla 996 qol vurub. O, Ueyn Qretskinin rekordunu təkrarlamaq üçün daha 20 dəfə fərqlənməlidi.
6 fevral
Baffalo – Pittsburq 2:5 (1:2, 0:1, 1:2)
Vaşinqton – Neşvill 4:2 (2:0, 1:1, 1:1)
Nyu-Cersi – Aylenders 1:3 (0:0, 1:1, 0:2)
Reyncers – Karolina 0:2 (0:1, 0:0, 0:1)
Filadelfiya – Ottava 1:2 OT (0:0, 0:1, 1:0, 0:1)
Tampa-Bey – Florida 6:1 (2:0, 2:0, 2:1
Veqas – Los-Anceles 4:1 (4:1, 0:0, 0:0)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Fevral 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri