Morq doludur: Ermənilər 44 günlük müharibədə həlak olanların meyitlərini niyə götürmürlər?
Icma.az, Publika.az saytına istinadən bildirir.
“Bu gün morqda meyitlər var. Onların şəxsiyyəti müəyyən edildikdən sonra da, valideynlərin inanmadıqları üçün meyitləri götürməməsinin günahkarı kimdir?”
Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının və 44 günlük müharibənin şərtlərini araşdıran İstintaq Komissiyasının sədri Andranik Köçəryan “NEWS.am”ın müxbiri ilə söhbətində bildirib.
“Düşünürəm ki, bizi çətin görüş gözləyir, lakin bu, qaçılmazdır. Görüş (itkin düşmüş və həlak olan hərbçilərin yaxınları ilə - red.) qapalı olacaq”, - deyə deputat qeyd edib.
O bildirib ki, bu qapalı iclasda yüksək vəzifəli şəxslərin - Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorundan, xarici işlər nazirindən tutmuş baş prokurora kimi iştirakını təmin etməyə çalışacaq.
Köçəryan görüşün fevral ayına qədər keçirilməli olduğunu açıqlayıb.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 31 Dekabr 2024 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















