Icma.az
close
up
RU
Moskva azərbaycanlıya görə 60 illik razılaşmanı pozdu İzahat gözlənilir

Moskva azərbaycanlıya görə 60 illik razılaşmanı pozdu İzahat gözlənilir

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Ötən gün Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamovun Moskvada hava limanında saxlanılması ciddi narazılıqla qarşılandı.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün yola düşən deputat, Moskva hava limanında Həştərxana uçan təyyarəyə buraxılmayıb. Onun ümumiyyətlə ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. Məlumata görə, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Dövlət Dumasının üzvü Nikolay Valuyevin media müstəvisində verdiyi açıqlamalarına cavabına görə Azər Badamovu qara siyahıya salıb. Lakin parlament nümayəndəsinə qarşı bu davranışın arxasındakı real səbəb açıqlanmayıb.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, bu insidentin A.Badamovun Valuyevin Azərbaycan xalqını təhqir edən məsuliyyətsiz və qəbuledilməz fikirlərinə verdiyi prinsipial cavabla əlaqədar olduğu güman edilir:

“Azərbaycan Respublikası Milli Məclisinin deputatı olaraq həmkarım Azər Badamovun Moskva hava limanında saxlanılması və Rusiya Federasiyasına buraxılmaması ilə bağlı yayılan məlumatları dərin narahatlıqla qarşılayıram.

Əgər doğrudan da Azərbaycan xalqının heysiyyətini müdafiə edən bir parlament üzvünə qarşı bu cür münasibət göstərilibsə, bu, yalnız beynəlxalq hüquq normalarının deyil, həm də parlamentlərarası etika və qarşılıqlı hörmət prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir.


Elçin Mirzəbəyli

Azər Badamov diplomatik pasport daşıyıcısıdır və onun saxlanılması 1961-ci il Vyana Konvensiyasının 29 və 40-cı maddələrinin ruhuna uyğun gəlmir. Azərbaycan-Rusiya münasibətləri uzun illər ərzində qarşılıqlı hörmət və strateji əməkdaşlıq prinsipləri üzərində qurulub. Parlamentlərarası dialoq bu münasibətlərin mühüm sütunlarından biridir. O səbəbdən də belə halların münasibətlərə zərər vermədən və təmkinlə araşdırılması vacibdir”.

Deputat bildirib ki, Azərbaycan xalqına ünvanlı səsləndirilmiş hörmətsiz fikirlərə qarşı edilən haqlı və məntiqli cavabın bu cür nəticələnməsi qəbuledilməzdir:

“Ümid edirəm ki, məsələ ilə bağlı Rusiya tərəfi aydın və əsaslandırılmış izahat təqdim edəcək, gələcəkdə belə xoşagəlməz halların baş verməməsi üçün müvafiq mexanizmləri nəzərdən keçiriləcək.

Azərbaycanın milli maraqlarını və vətəndaşlarımızın ləyaqətini müdafiə etmək hər bir parlament üzvünün borcudur. Bu prinsiplərdən geri çəkilmədən, diplomatik və sivil müstəvidə münasibətlərin qorunmasını da vacib hesab edirəm”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 May 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri