Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Moskva Bakının daha iki tələbini yerinə yetirməlidir ANALİZ

Moskva Bakının daha iki tələbini yerinə yetirməlidir ANALİZ

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı təyyarəsinin Aktau şəhəri yaxınlığında qəza enişi etməsi Azərbaycan cəmiyyətində və beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub.

 Dövlət başçısının AzTV-yə  müsahibəsi bir çox qaranlıq məqamların aydınlığa qovuşmasında müstəsna rol oynayıb. İlham Əliyev hələ də cavabı tapılmayan sualları səsləndirib.

Təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərib? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli olub?  Şübhəsiz ki, sualların hamısı təyyarənin “qara qutu”larının şifrələrinin çözülməsindən sonra ortaya çıxacaq.

Prezidentin hadisə ilə bağlı verdiyi müsahibədə Rusiya tərəfinin məsuliyyətini etiraf etməsi, üzr istəməsi və təzminat ödəməsi kimi konkret tələblər irəli sürülüb. 


Siyasi şərhçi Asif Nərimanlı da "Sherg.az"a bildirib ki, Prezident İlham Əliyev AzTV-yə müsahibəsində AZAL-ın təyyarəsinin vurulması ilə bağlı bütün məsələlərə, xüsusilə “Bakı Moskva qarşısında geri çəkilir” tipli yanaşmalara aydınlıq gətirib. Ekspertin fikrincə Prezidentin açıqlamaları və verdiyi mesajları bir neçə kontekstdə qiymətləndirmək olar: 


"Azərbaycan Rusiya təyyarənin vurulmasına görə məsuliyyətdən yayınmaq cəhdlərini qəbul etməyəcək. Moskvanın məsuliyyəti PUA hücumu edən Ukraynanın üzərinə qoymaq, yaxud ən azı bölüşdürmək cəhdləri var. Putinin Əliyevə zəngində qeyd etdiyi məqamlar da bunu deməyə əsas verir. Əliyev isə təyyarəyə yerdən atəş açıldığını xüsusi vurğulamaqla məsuliyyətin birbaşa Rusiyanın üzərində olduğu mesajını verdi. 

Prezident  həmçinin Rusiyanın təyyarənin vurulma faktını ört-basdır etmək istədiyini açıq şəkildə dilə gətirib. Hansı ki biz Rusiyanın hadisəni gizlətmək və istintaqa təsir etmək cəhdlərinin olduğunu əvvəldən də qeyd etmişdik.  “Duman”, “qaz balonun partlaması”, təyyarə ekipajının Aktauya uçmaq seçimini etməsi kimi iddialar irəli sürməklə  araşdırmanı MDB müstəvisinə daxil etməyə çalışırdılar.

İlham Əliyev isə  Rusiyanın cəfəng versiyalarla baş verənləri gizlətməyə çalışdığını açıq şəkildə bəyan etdi. Lakin rəsmi Bakı Moskvanın hadisəni ört-basdır etmək cəhdinə imkan verməyib. Beynəlxalq ekspertlərdən ibarət yaradılan işçi qrupuna təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin (MDB) nümayəndələri də daxildir. Əliyev əlavə etdi ki, Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri aparıcı rollarda yox, işçi qrupun tərkibində olan üzvlər kimi prosesdə iştirak edir" .


 Rusiyanın araşdırmanın nəticələrinə təsir etmək imkanlarının sıradan çıxarıldığını vurğulayan A. Nərimanlı əlavə edib ki, Bakının aydınlıq gətirilməsini tələb etdiyi suallar ictimai rəydə də müzakirə edilən məsələlərdir:

 "Prezident “yerdən atəşin açılması” detalını dəfələrlə vurğulamaqla “təyyarənin Rusiya tərəfindən vurulduğunu bilirik” mesajını verir. Eyni zamanda, təyyarənin Aktauya niyə göndərilməsi üzərində xüsusilə dayanır və bunun bilərəkdən, izin itiriməsi məqsədilə edilməsi versiyasının olduğuna diqqət çəkir. Əks versiyanı – Aktaunun açıq məkan olduğu üçün ekipaj tərəfindən seçildiyi ehtimalını da xatırladır, lakin “yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi” qeydi ilə Bakının birinci versiyanın üzərində dayanacağı, araşdırmanın bu istiqamətdə aparılacağı mesajını verir.

Prezidentin vurğuladığı əsas məsələlərdən biri də Qroznı hava limanında “kavyor əməliyyatı”nın (Xalça əməliyyatı) nə vaxt elan edilməsidir. “Kavyor əməliyyatı” təyyarənin vurulmasından öncə elan edilməsi məsuliyyətdən yayınmaq imkanı yaradır. Əliyev isə bəyan etdi ki, “...bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra “kavyor əməliyyatı” elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər”. 

Bu, günahkarların Qroznıda olduğunun mesajı və Bakının Moskvadan “günahkarların cəzalandırılması” tələbində israr etdiyi deməkdir".


Siyasi şərhçinin sözlərinə görə diqqət çəkən əsas məqamlardan biri də rəsmi Bakının təyyarənin vurulmasına görə öz tələblərini Moskvaya rəsmi şəkildə təqdim etməsidir: 

" Rusiyanın Azərbaycandan üzr istəməlidir  tələbi artıq yerinə yetirilib.  Digər tələb isə odur ki, Rusiya öz günahını etiraf etməli, günahkarları cəzalandırmalı, cinayət məsuliyyətinə cəlb etməli, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Ölkə başçımız da açıq mesaj verdi: məsələ Putinin üzrxahlığı ilə bitmir, Moskva Bakının daha iki tələbini yerinə yetirməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Yanvar 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri