Moskva ilə Bakı arasında kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya ilə Azərbaycan arasında Moskva–Bakı marşrutu üzrə lüks kruiz gəmisinin hərəkətə başlaması planlaşdırılır.
Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov "Zvezda" kanalının efirində deyib.
Onun sözlərinə görə, Moskva ilə Bakı arasında gediş-gəliş təxminən 14 gün davam edəcək. Səyahətin hər istiqamətinə təxminən bir həftə vaxt ayrılacaq.
Adam Hakimov qeyd edib ki, hazırda bu layihə üçün bir gəmi artıq hazırdır, daha iki gəminin isə yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.
Ticarət nümayəndəsinin sözlərinə görə, layihənin həyata keçirilməsinə Rusiya dövləti, o cümlədən Rusiya Sənaye və Ticarət Nazirliyi dəstək göstərir.
Bu mövzuda digər xəbərlər:Moskva ilə Bakı arasında lüks kruiz səfərləri olacaq
31 Oktyabr 2026 14:01
ABŞ da uçan maşınların istifadəyə verilməsi planlaşdırılır
18 Yanvar 2026 23:43
Hatayda 200 mindən artıq mənzilin istifadəyə verilməsi planlaşdırılır
05 Fevral 2025 17:04
Bakı və Moskva arasında kritik müzakirə
08 Aprel 2026 23:30
Xəzərdə yeni marşrut: Moskva Bakı kruiz reysi açılır
31 Oktyabr 2026 13:42
Baxış sayı:159
Bu xəbər 31 Oktyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















