Icma.az
close
up
RU
Moskva Paşinyanı açıq aşkar HƏDƏLƏDİ

Moskva Paşinyanı açıq aşkar HƏDƏLƏDİ

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı orqanlarında səsvermə hüquqlarından məhrum edilməsi qərarı konsensus tələb edəcək”. 

Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev belə deyib. Vasiliyev agentliyə bildirib ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası 11 noyabrda Moskvada keçiriləcək və liderlər, çox güman ki, bu məsələni müzakirə edəcəklər. Lazım gələrsə, bu barədə qərar konsensusla qəbul ediləcək. 

“Cebheinfo.az” xatırladır ki, KTMT Nizamnaməsinin 25-ci maddəsinə görə, üzv dövlətlər təşkilatın büdcəsinə olan borclarını iki il ərzində ödəmək öhdəliklərini yerinə yetirmədikdə bu cür qərarlar çıxarıla bilər. 

Yəni KTMT-nin ali orqanı olan Şura həmin dövlətin vətəndaşlarının alyans daxilində kvota vəzifələrini irəli sürmək hüququnu dayandıra bilər. Nizamnaməyə əsasən, eləcə də borc tam ödənilənə qədər Şura onları təşkilatın orqanlarında səs vermək hüququndan məhrum etmək barədə qərar qəbul edir. 

Ona görə də KTMT Şurası sözügedən qərarı çıxararsa, bu, Ermənistanın Rusiya ilə münasibətlərinin daha da gərginləşməsinə səbəb olacaq. Bu isə öz növbəsində, Ermənistanın KTMT-dən çıxması üçün Nikol Paşinyan hakimiyyətinə ciddi bəhanə yarada bilər. 

Xatırladaq ki, Ermənistan 2024-cü il yanvarın 1-dən KTMT-də fəaliyyətini dondurduğunu elan etdikdən sonra alyansa üzvlük ianəsi ödəməyib. KTMT-nin daimi işçi orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi təşkilatın büdcəsi hesabına həyata keçirilir. 

Təşkilatın büdcəsi üzv dövlətlərin ödədikləri ianələrlə formalaşır. Lakin KTMT-yə daxil olan ölkələrin büdcəyə köçürdükləri vəsaitlər “ianə” adlandırılsa da, üzvlük haqqı şəklində ödənildiyindən icbari xarakter daşıyır. 

Nizamnamənin 24-cü maddəsinə görə, KTMT-nin büdcəsində kəsir ola bilməz. Ermənistanın 2 il 8 aydır KTMT-yə ianə haqqını ödəməməsi alyansın büdcəsində kəsir yaradıb. Qeyd edək ki, KTMT-nin ümumi büdcəsində Ermənistanın payı 10 faiz təşkil edir. 

Təşkilatın büdcəsinin 50 faizi Rusiyanın ianələri hesabına fortmalaşır. Digər KTMT üzvlərinin hər biri büdcəyə 10 faiz ianə haqqı köçürür. Ancaq son illər Ukraynada baş verən müharibə Rusiyanın hərbi və maliyyə xərclərini kəskin artırdığından KTMT-yə ödənilən ianə əlavə yükə çevrilib. 

Bu baxımdan, Ermənistanın ümumi büdcədən yayınması Rusiya üçün problem yaradır. Ermənistanın üzvlükhaqqı ilə bağlı mübahisələr son aylar tərəflər arasında ciddi mübahisə predmetinə çevrilib. 

İyunun 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı debatlar zamanı bildirib ki, İrəvan KTMT-də tamhüquqlu iştiraka qayıtmaq niyyətində deyil və gələcəkdə təşkilatdan çıxmaq qərarına gələ bilər. 

Bir neçə gün sonra KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra Rusiyanın XİN rəhbəri Sergey Lavrov buna cavab olaraq təşkilata daxil olan ölkələrin Ermənistana üzvlük haqqını ödəmədiyinə görə sanksiyaların tətbiq edilməsi məsələsini nəzərdən keçirmək barədə razılığa gəldiyini deyib. 

İyunun 22-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da qeyd edib ki, Ermənistan təşkilat qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirməməyə davam edərsə, KTMT daxilində hüquqlarına məhdudiyyətlər qoyula bilər. 

Viktor Vasilyevin Ermənistanın noyabr ayında KTMT-də səsvermə hüququndan məhrum ediləcəyi barədə açıqlaması məhz Rusiya XİN-in verdiyi bəyanatların davamı hesab edilə bilər. Ermənistan tərəfi üzvlük haqqının ödənilməməsini təşkilatda fəaliyyətinin olmaması ilə əsaslandırır. 

Çox güman ki, Rusiya tərəfi bununla Ermənistanı KTMT-dən çıxartmaq və Avropa İttifaqı ilə yaxınlaşdırmaq cəhdlərinin daha sərt sanksiyalarla qarşılaşacağına dair Nikol Paşinyan hakimiyyətinə xəbərdarlıq edir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: Moskva Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Avqust 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri