Icma.az
close
up
RU
Moskva təkcə bu çəkişmədə məğlub oldu

Moskva təkcə bu çəkişmədə məğlub oldu

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Qroznı şəhərində ötən ilin dekabr ayının 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə həsr olunmuş lövhənin açılışı olub. 

Qeyd olunub ki, memorial lövhə məhz Ramzan Kadırovun tapşırığı ilə 2017-ci ildə açılmış Heydər Əliyev adına parkda yerləşdirilib. 

Şübhəsizdir ki, Kadırov bunu özbaşına etməyib. Bu əmr ona Kremldən, birbaşa Rusiya lideri Vladimir Putin tərəfindən verilib. 

Nəticədə, Şimal qonşumuz bu addımı ilə öz səhvini boynuna aldı. Buna rəsmi Bakının kəskin mövqeyi nəticəsində nail olundu. Əks halda ruslar AZAL-a məxsus “Embraer 190” təyyarəsini vurduqlarını öz xoşları ilə təsdiq etməyəcəkdi. 

Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi

Hadisə baş verdiyi andan bir il ərzində yaranmış komissiyanın ilkin hesabatı hələ tam yekunlaşmayıb. Lakin hesabatın bu yaxınlarda açıqlanacağı gözlənilir. 

Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev deyib ki, AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı təhqiqat yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, hesabatın 2025-ci ilin dekabr ayına qədər tamamlanması planlaşdırılır. 

Lakin görünür ki, hesabat hələ açıqlanmağa hazır deyil.

Bozumbayev qeyd edib ki, aviaqəzadan sonra iki araşdırma başlayıb: "Biri Baş Prokurorluğun məşğul olduğu cinayət hissəsidir. Onlar oradakı rusiyalı həmkarları ilə əlaqə saxlayırlar. İkinci hissə isə Nəqliyyat Nazirliyinin istintaqı ilə bağlıdır, o, son mərhələdədir. Ona görə də biz hazırda lisenziya verənlərdən və ya texnologiya, aeronaviqasiya alətləri və s. sahiblərinin bu il və ya gələn ilin əvvəlində yekun rəyini gözləyirik".

Baş nazirin müavini əlavə edib ki, Baş Prokurorluğun araşdırmasında da bəzi irəliləyişlər var: "Siz qonşu dövlətlərin liderlərinin bəyanatlarını görmüsünüz. Ona görə də ümid edirik ki, orada da danışıqlar gələn il başa çatacaq".

Qəzaya uğrayan AZAL-a məxsus “Embraer 190” təyyarəsinin qalığı. Aktau, 2024.

AZAL-ın vitse-prezidenti İlham Əmirov bir qədər əvvəl bildirib ki, ilkin hesabatda artıq havada olarkən təyyarəyə qeyri-qanuni fiziki müdaxilə edilib: "Qara qutu da açıqlanandan sonra aydın oldu ki, təyyarənin həyati sistemləri üçü birdən eyni anda sıradan çıxıb. Bu isə təyyarəyə kənar qüvvənin təsiri ilə baş verib".

Beləliklə, qara qutu təyyarənin "qara qüvvələr" tərəfindən vurulduğunu üzə çıxaracaq. Fəqət, təyyarənin həyati sistemlərinin üçünün də birdən eyni anda sıradan çıxması əlavə suallar doğurur. Yəni uzun müddətdir Ukrayna ilə müharibə aparan Rusiya pilotsuz uçuş aparatı ilə eniş etməyə hazırlaşan sərnişin təyyarəsini ayırd edə bilmədi? "Xalça planı"nı da vaxtında elan etməmək öz yerində. Axı bu müntəzəm reysdir, çarter reysi və yaxud da ilk dəfə həyata keçirilən reys deyil. 

Çox güman ki, rəsmi Bakı təyyarəmizin qəsdli şəkildə və ya səhvən vurulduğu barədə sual verib və bunun da cavabını alıb. 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today" və bir qrup jurnalistə müsahibəsində bildirib ki, Azərbaycan Düşənbədə Rusiyadan 2024-cü ilin dekabrında AZAL aviaşirkətinin Qroznı üzərində vurulan təyyarəsi ilə bağlı suallarına cavab alıb.

H.Hacıyev qeyd edib ki, hadisədən dərhal sonra "müəyyən anlaşılmazlıq" və "emosiyalar" yaranıb, lakin Bakının narahatlıqları Düşənbədə növbəti görüşdə (Azərbaycan və Rusiya liderləri - red.) müzakirə edilib: "Azərbaycan Rusiyadan AZAL aviaşirkətinin vurulan təyyarəsinə görə rəsmi olaraq üzr istənilməsini, hərtərəfli araşdırmanın aparılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini və kompensasiya ödənilməsini gözləyirdi. Hazırda biz anlaşılmazlıqlar səhifəsini çevirmişik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik". 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təkbətək görüşü. Düşənbə, 2025.

Sözügedən görüşdə Rusiya Prezidenti Vladimir Putin qeyd etmişdi ki, Rusiya AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasında hərtərəfli əməkdaşlığı təmin edir.

"Biz əlbəttə ki, razılaşdırıldığı kimi, istintaqla tam əməkdaşlığı təmin edirik. İstintaq yekunlaşmaq üzrədir", - deyə Putin bildirib.

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olan bir sıra halları açıqlayıb. O, deyib: "Birincisi ondan ibarətdir ki, səmada məhz Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Biz faciə baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç pilotsuz təyyarəni idarə edirdik. İkinci səbəb isə Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki nasazlıqlardır".

Onun sözlərinə görə, buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib - əgər bu baş versəydi, təyyarə elə yerindəcə məhv olardı.

Putin vurğulayıb ki, zərbə məhvedici döyüş elementləri ilə vurulmayıb, yəqin ki, raketlərin parçaları dəyib: "Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq".

Onu da vurğulayım ki, Kreml bu kimi digər hadisələrdə səhvini birbaşa etiraf etməyib. Bu, Moskvanın məğlub olduğu yeganə çəkişmə ola bilər.

Belə ki, Putin hadisədən üç gün sonra, dekabrın 28-də təyyarə qəzasına görə üzr istədi və bunu "faciəvi hadisə" adlandırdı. Növbəti mərhələlərdə isə o, Azərbaycan lideri ilə görüşündə təyyarənin Rusiya raketi ilə vurulduğunu etiraf etdi və daha sonra Qroznıda abidə ucaltdırmaqla bunu bir daha təsdiqlədi. 

Azərbaycan Prezidenti İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür etmişdi. 

"Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq.

Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim", - deyə Prezident bildirib.

AZAL təyyarəsinin qəzası nəticəsində həlak olan pilotlar və ekipaj üzvünün büstü. 2025, Bakı. Foto: "Unikal"

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarə Aktaudan bir neçə kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin və beş ekipaj üzvü olub. 38 nəfər hadisədə həlak olub. İki ekipaj heyəti də daxil olmaqla 29 nəfər sağ qalıb.

Ağarza Elçinoğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Dekabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see545

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see280

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see262

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see257

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see254

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see253

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see245

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see240

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see240

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see237

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see235

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see217

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see217

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see211

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see202

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see192

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see186

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see175

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see174

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri