Icma.az
close
up
RU
Rusiya Suriyada məğlub olur Moskva Qamışlı bazasını boşaldır

Rusiya Suriyada məğlub olur Moskva Qamışlı bazasını boşaldır

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Rusiya qoşunlarını Suriyanın şimal-şərqindəki keçmiş kürd muxtar bölgəsinin bir hissəsi olan Qamışlı hava limanından geri çəkib.
Modern.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, qoşunların və silahların geri çəkilməsi ötən həftə başlayıb. Bəzi qüvvələrin Suriyanın qərbindəki Rusiyanın Xmeymim aviabazasına köçürülməsi, digərlərinin isə Rusiyaya qaytarılması gözlənilir.

Suriya təhlükəsizlik mənbəyi agentliyə bildirib ki, son iki gündə Qamışlıdan Xmeymim hava bazasına hərbi texnika və ağır silahlar köçürülüb.

“Reuters” qeyd edib ki, 26 yanvarda Qamışlı hava limanında Rusiya nişanları olan iki təyyarə park edilib.

Eyni zamanda, Qamışlıdakı Rusiya bazasının ərazisindən çəkilmiş video yayımlanıb. Görüntülərdə qoşunların geri çəkilməsi zamanı hava limanında qalan əşyalar, eləcə də rabitə qülləsi üzərində dalğalanan Rusiya bayraqları görünür.

Qamışlı Suriyadakı üç Rusiya bazasından biridir. Rusiya 2019-cu ildə oraya qoşun yerləşdirib və Suriya rejimi dəyişdirdikdən sonra belə Qamışlıdan çıxmayıb, hətta 2025-ci ilin yayında mövcudluğunu artırıb.
Sözügedən aerodrom şimal-şərqi Suriyanı izləmək və keçmiş kürd muxtariyyətini – terrorçuları türkiyəli qüvvələrdən qorumaq üçün istifadə olunurdu. Lakin Bəşər Əsəd rejiminin devrilməsindən sonra hava limanı hərbi əhəmiyyətini itirdi.

"Kommersant" qəzetinin məlumatına görə, Suriya hakimiyyəti kürd terrorçularını ərazidən qovduqdan sonra Rusiya qoşunlarından hava limanını tərk etmələri istənilib, çünki Rusiya Silahlı Qüvvələrinin "artıq orada heç bir işi qalmayıb".

Suriyanın şimal-şərqində qoşun saxlayan ABŞ da əvvəllər kürd yaraqlılarına etdiyi dəstəyi dayandıraraq missiyasını azaldıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Yanvar 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri