Icma.az
close
up
RU
Rusiyanın Azərbaycanla çəkişmədə uduzduğu faktdır

Rusiyanın Azərbaycanla çəkişmədə uduzduğu faktdır

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qarabağla bağlı son bəyanatı ümumilikdə Rusiyanın Azərbaycana qarşı həyata keçirdiyi sistematik təzyiqlərin davamıdır.
Diqqətçəkən məqam isə ondadır ki, Rusiya son günlər Azərbaycana qarşı həyata keçirdiyi təzyiqləri İranla koordinasiyalı şəkildə, siyasi təzyiq və təhdid siyasəti çərçivəsində paralel aparır. Mariya Zaxarovanın bəyanatından əvvəl Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya" Partiyasının deputatı Aleksandr Tolmaçyovun Azərbaycanı faktiki olaraq "Ukrayna ssenarisi" ilə hədələməsi, ardınca İranın ali dini liderinin müşaviri Əli Vilayətinin Zəngəzur marşrutu ilə bağlı əvvəlcə Azərbaycana, daha sonra isə Ermənistana təhdid xarakterli xəbərdarlıq etməsi barədə açıqlaması da bir-birini tamamlayan siyasi-diplomatik gedişlərdir.
Bəllidir ki, Rusiyanın Azərbaycanla həqiqi dostluq münasibətlərinin formalaşması mövcud reallıqda mümkün deyil. Çünki Rusiya 2020 və 2023-cü illərdən sonra Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallığı qəbul edə bilmir. Moskva Azərbaycanı regionun lideri, müstəqil siyasət yürüdən dövlət və artıq təkcə Cənubi Qafqazın deyil, bütövlükdə regionun güc mərkəzlərindən biri kimi tanımağı özünə sığışdırmır.
Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Azərbaycanın artıq regional deyil, dünyanın orta güclərindən birinə çevrildiyi barədə verdiyi açıqlama da bu baxımdan Rusiya ilə bağlı proseslərlə əlaqəliliyi hiss olunur. Rusiyanın Azərbaycana qarşı təzyiqləri və Qarabağ məsələsini yenidən gündəmə gətirmək cəhdi məhz Moskvanın Cənubi Qafqaz planlarından irəli gəlir. Bu kontekstdə Zəngəzur dəhlizi və TRIPP layihəsi ətrafında İranla Rusiyanın maraqları daha çox üst-üstə düşür.
Vladimir Putinin əvvəlcə Ermənistanın Baş naziri Nikol Paşinyana, ardınca isə Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi, üstəlik bunun Kremlin təşəbbüsü ilə baş verməsi də prosesin ciddi mərhələyə keçdiyini göstərir. Moskvanın Rusiya–Ukrayna müharibəsində təşəbbüsü itirməsi onu Cənubi Qafqazdan daha möhkəm yapışmağa məcbur edir.
Bu kontekstdə Rusiya–Ukrayna müharibəsi Rusiyanın siyasi-hərbi nüfuzuna ciddi zərbə vurduğu halda, Cənubi Qafqazı itirməsi isə onun qlobal güc, böyük dövlət və imperial mövcudluğunu sual altına qoya bilər.
Artıq Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib. Ukrayna isə ABŞ-dan asılı olmayan siyasi iradə, hərbi potensial və hərbi sənaye imkanları formalaşdırdığı üçün Rusiya üçün Azərbaycanın və bütövlükdə Cənubi Qafqazdakı mövqelərini qorumaq strateji zərurətə çevrilib. Qaldı ki, Rusiya–Azərbaycan Strateji Müttəfiqlik Bəyannaməsinə, Moskva bunu daha çox Azərbaycanı öz təsir dairəsində saxlamaq üçün vasitə hesab edir. Azərbaycanın türk dünyasının ayrılmaz hissəsi olması, Türkiyə ilə real və təbii müttəfiqliyi, həmçinin İslam dünyasında artan nüfuzu Rusiyanın Azərbaycana qarşı daha sərt addımlar atmasını çəkindirən mühüm amillərdən biridir. Son günlər İranın Azərbaycanın AzTV kanalını "düşmən media" siyahısına daxil etməsi də Rusiya və İranın bir planının ayrı-ayrı hissələridir.
Ancaq reallıq da göz qabağındadır. Ümumilikdə, Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olma imkanları həm siyasi-diplomatik, həm də hərbi təhdid və psixoloji baxımdan qeyri-mümkündür. Artıq Rusiyanın Azərbaycanla çəkişmədə uduzduğu faktdır. Bunu Rusiyanın milyonlarla izləyicisi olan "Dojd" telekanalının tanınmış aparıcısı Mixail Fişman, siyasi elmlər namizədi İvan Priobrejenski və digər bir sıra rusiyalı analitiklər də açıq şəkildə etiraf edirlər.
Vüqar Dadaşov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 31 İyul 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri