Icma.az
close
up
RU
Moskva ilə çəkişmədə “ingilis barmağı”? Sensasion iddia

Moskva ilə çəkişmədə “ingilis barmağı”? Sensasion iddia

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Britaniyanın gərginliyi qızışdırdığı barədə mülahizələr səslənir, azərbaycanlı analitik isə deyir ki...

“İngiltərə Rusiya ilə Azərbaycan arasında gərginliyi qızışdırmağa, Türkiyəni bu hadisələrə cəlb etməyə çalışır”. Bunu “RİA Novosti”yə türkiyəli politoloq Engin Özər deyib. “İstanbul sülh danışıqlarının tezliklə yekun mərhələyə qədəm qoyması ehtimalına görə xarici qüvvələr münaqişəni uzatmağa çalışır. 2022-ci ildə İstanbul razılaşmalarını pozaraq bu məsələdə ciddi uğur qazanan London rəhbərliyi, yəqin ki, Bakı ilə Moskva arasında gərginliyi qızışdırmaq və Türkiyəni bu prosesə cəlb etmək istəyəcək”, - o bildirib.

“Bütün bu söz-söhbətlər necə başladı? Bu, birinci dəfə deyil. İngiltərə hələ 19-cu əsrdə rüşvətxorluq, emissarlar və yalan məlumatlar vasitəsilə Qafqaza mərc etdi. O vaxtdan bəri üsullar dəyişməyib. Yalnız indi ingilis zabitlərinin əvəzinə türk vəkilləri və cinayət keçmişi olan ”hörmətli iş adamları" var". pizza

Bunu isə Rusiya Dövlət Dumasının deputatı Andrey Luqovoy deyib.

Göründüyü kimi, hər iki rəydə “ingilis barmağı” axtarılır. Bu, nə dərəcədə realdır? Son hadisələrdə Britaniyanın hansı rolu ola bilər?

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, həm türkiyəli, həm də rusiyalı siyasi ekspertlərin səsləndirdiyi fikirlərin həqiqətə uyğun olduğunu düşünmək yanlış olardı: “Mən bu iddiaların həqiqətə uyğun olduğu düşüncəsində deyiləm. Hesab edirəm ki, bu cür iddialar əslində Rusiyada azərbaycanlılara qarşı məlum addımlara, Azərbaycana qarşı hücumlara dolayısı ilə bəraət qazandırmaq cəhdləridir. Yeri gəldi-gəlmədi hər şeydə Qərbi ittiham etmək niyyətləri burada açıq şəkildə görünməkədidir. O cümlədən, türkiyəli politoloq Engin Özərin özünün də anti-Qərb mövqeli şəxs olduğunu nəzərə alsaq və ”RİA Novosti"nin təsadüfən məhz bu adamdan açıqlama almadığını da üzərinə gəlsək, burada əsl məqsədin nə olduğu aydınlaşır.

Əlbəttə ki, Qərb ölkələrinin çoxlarının Rusiya ilə problemləri var, Rusiya ilə gərgin münasibətlərdə olanları da var və Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqda maraqlıdır. Bu prosesi birbaşa və yaxud dolayısı yolla dəstəkləməyə çalışır. Lakin bu, o demək deyil ki, Rusiyadan son yarım ildə Azərbaycana qarşı olan addımlar Qərb tərəfdən təhrik olunub, yaxud Azərbaycanla Rusiya arasında son zamanlar yaşanan soyuqluğa Qərbdən xüsusi rəvac verilib. Mən bu düşüncədə deyiləm".

Politoloqun sözlərinə görə, nəzəri cəhətdən hesab etsək ki, hətta Britaniya və ya başqa hansısa Qərb dövləti öz maraqları üçün buna çalışsa belə, məntiqlə Rusiya Qərbin bu planının puç olması üçün addımlar atmalı idi: “Müvafiq addımlar atılmırdısa bunun günahını Britaniyada axtarmaq düzgün deyil.

Azərbaycana gəlincə, Azərbaycan heç zaman qonşusu Rusiya ilə gərginlik, münasibətləri korlamaq tərəfdarı olmayıb. Azərbaycan sadəcə ona olan haqsız hücumlara reaksiya verməyə məcbur olub. Məsələ bu qədər aydındır. Problemin qaynağının hansı ünvan olduğu hər kəsə bəllidir. Ona görə də burada Britaniyanı, Qərbi günahkar səbəbkar və təhrikçi olaraq təqdim etmək əsaslı deyil". 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyul 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri