Icma.az
close
up
RU
Moskva Tramp yolu nu mənimsəmək istəyir

Moskva Tramp yolu nu mənimsəmək istəyir

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin "RİA Novosti" xəbər agentliyinə müsahibəsində məlumat verib. O vurğulayıb ki, Moskva bu təşəbbüsün təfərrüatı ilə hələ tanış deyil, amma həm layihənin məğzi, həm də icrasında özünün mümkün iştirakı barədə müzakirələrə açıqdır:
"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir. Əslində, söhbət layihənin üçtərəfli işçi qrupu çərçivəsində əvvəllər razılaşdırılmış hissəsindən gedir. Rusiya Dəmir Yollarının nəzdində Cənubi Qafqaz Dəmir Yolları Şirkəti Ermənistanda dəmir yolu şəbəkəsini işlətmək üçün konsessiyaya malikdir. Regionda reys ölçüsü də Rusiya dəmir yolu sisteminə əsaslanır. Eyni zamanda, "Tramp yolu" sərhəd qüvvələrimizin məsuliyyət zonasından keçəcək".

(Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin)
Mixail Kalugin həmçinin vurğulayıb ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü fonunda "Tramp yolu" layihəsinin Rusiyanın iştirakından kənar reallaşması çətindir.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" ("Tramp yolu" / TRIPP) adlanacağını bildirib.
İranlı politoloq: "Tehran "Tramp yolu"ndan məmnun deyil"
Ermənistanın Baş naziri Nikol Paşinyan hələ avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində diqqətə çatdırıb ki, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Hərçənd Tehran layihədən razı görünmür. Dekabrın 10-da İran-Avrasiya Təhqiqatları İnstitutunun direktor müavini, politoloq Armina Arm "Sputnik Armenia" xəbər saytına açıqlamasında söyləyib ki, İran layihənin icrası fonunda özünün "qırmızı xətləri" barədə Bakı və İrəvanı dəfələrlə məlumatlandırıb:
"İran hazırda prosesin gedişini izləyir. Cənubi Qafqazda regiondan kənar qüvvələrin, xüsusən də ona qarşı 40 ildən çoxdur ki sərt sanksiyalar irəli sürən ABŞ-nin mövcudluğunun əleyhinədir".
Mütəxəssisin sözlərinə görə, Ukraynada müharibə başa çatdıqda, Rusiya yenidən Cənubi Qafqaza fokuslandıqda layihənin reallaşması istiqamətində vəziyyət tamamilə dəyişə bilər.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Dekabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri