Moskvada attraksionda nasazlıq oldu 14 nəfər yüksəkdə qaldı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Moskvada “Orion” parkındakı attraksionlardan birində nasazlıq baş verib və nəticədə səkkizi uşaq olmaqla 14 sərnişin təxminən 40 metr hündürlükdə köməksiz vəziyyətdə qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, attraksion sərnişinlər ən yüksək nöqtədə olarkən dayanıb. Park əməkdaşları səsgücləndiricilər vasitəsilə insanları sakitləşdirirlər. Kabinanın təxliyəsi üçün dartıcı qurğudan istifadə olunur və hadisə yerinə bir neçə xüsusi nərdivanlı avtomobil göndərilib.
Mütəxəssislər dayanmanın səbəbini araşdırırlar. İlkin məlumatlara görə, köməksiz vəziyyətdə qalan sərnişinlərin hamısı təhlükəsiz vəziyyətdədir.
Baxış sayı:162
Bu xəbər 18 Sentyabr 2026 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















