Moskvada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin təntənəli təməlqoyma mərasimi olub
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Moskvada ölkəmizin Rusiyadakı səfirliyinin yaxınlığındakı xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, xatirə lövhəsində deyilir: “Burada iki dəfə Sosialist Əməyi Qəhrəmanı, görkəmli dövlət və siyasi xadim, Nazirlər Sovetinin Baykal-Amur magistral yolunun tikintisi və inkişafı Komissiyası sədrinin abidəsi ucaldılacaq”.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiya Baş nazirinin müavini Vitali Savelyev, Baykal-Amur magistralı tikintisinin veteranları, SSRİ Nəqliyyat Nazirliyinin keçmiş əməkdaşları və başqaları iştirak ediblər.
Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Baykal-Amur magistralının tikintisi və inkişafı üzrə Komissiyasının sədri vəzifəsini tutub və bu strateji əhəmiyyətli layihənin inkişafına böyük töhfə verib. Abidənin Moskvada ucaldılması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet İttifaqı qarşısında, Baykal-Amur magistral xəttinin tikintisində və inkişafında xidmətlərinə verilən qiymətin rəmzidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 04 Mart 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















