Icma.az
close
up
RU
“Vesti nedeli” proqramında Moskvada Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi barədə süjet yayımlanıb

“Vesti nedeli” proqramında Moskvada Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi barədə süjet yayımlanıb

Icma.az bildirir, Oxumeni.az portalına istinadən.

“Vesti nedeli” proqramında Moskvada Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi barədə süjet yayımlanıb

Dmitri Kiselyovun “Vesti nedeli” müəllif proqramında Moskvada Heydər Əliyevin abidəsinin təməlqoyma mərasiminə həsr olunmuş süjet yayımlanıb.

AZƏRTAC xəbər verir ki, reportajda qeyd edildiyinə görə, Azərbaycanın Ümummilli Lideri, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, görkəmli dövlət və siyasi xadimin abidəsinin ucaldılması təşəbbüsü ilə Baykal-Amur magistral yolunun inşaatçıları çıxış ediblər. Məhz Nazirlər Soveti Sədrinin birinci müavini olan Heydər Əliyev bu strateji obyektin tikintisi və inkişafı Komissiyasına rəhbərlik edib.

Süjetə Heydər Əliyevin BAM-ın qərb hissəsində yerləşən tayqa kəndlərindən birinə səfərini əks etdirən unikal arxiv kadrları daxil edilib. “Heydər Əlirza oğlu Əliyev bu pillələrdən enərək 1975-ci ildə BAM-ın tikintisinə göndərdiyi gənclərlə görüşdü”, -deyə proqramda qeyd olunur.

Heydər Əliyev BAM-a şəxsən səfər edən ilk sovet rəhbəri olub. Proqramda onun layihənin həyata keçirilməsinə mühüm töhfəsindən bəhs edilir: “Onun rəhbərliyi altında əbədi donmuş şəraitdə olan ərazi də daxil olmaqla 4300 kilometr yol çəkilib”.

Süjetdə Ulu Öndərin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışına, həmin çətin dövrdə ölkənin idarəçiliyini öz üzərinə götürməsinə xüsusi diqqət yetirilir: “Heydər Əliyev Moskvadan vətəninə qayıtdı, Ermənistanla hərbi əməliyyatları dayandırdı, iqtisadi islahatlar apardı, ən əsası, Azərbaycan ilə uzun illər yaşayıb-yaratdığı, bənzərsiz sevgi hissləri bəslədiyi və başa düşdüyü Rusiya arasında strateji tərəfdaşlığın əsasını qoydu”.

Bundan əlavə, proqramda Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsində əsas rolu vurğulanır: “Bu abidə təkcə Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti deyil, həm də Azərbaycan-Rusiya dostluğunun rəmzidir”.

Heydər Əliyevin çeçen xalqına səmimi münasibəti də qeyd olunur. 2017-ci ildə Qroznıda Azərbaycan liderinin abidəsi ucaldılıb və onun sitatları Ahmat Kadırovun kəlamlarının yanında əbədiləşdirilib.

Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 10 Mart 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri