Moskvada da avtobus zolaqları salınır, amma...
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın paytaxtında sürətli avtobus zolaqları salınmağa başlayıb.
Avtosfer.az xəbər verir ki, ilk zolaq Moskvanın şimalında salınacaq. Məqsəd ictimai nəqliyyatın sürətini 30 faiz artırmaqdır. Zolaq salınması nəzərdə tutulan ərazidən hazırda 33 marşrut keçir.
Maraqlıdır ki, bu zolaqlar digər ölkələrdən fərqli olaraq yolun sol tərəfində yerləşəcək. Yollarda həmçinin piyada keçidlərinin və avtobus dayanacaqlarının sayı artırılacaq.
Nəqliyyata məsul şəxslər zolaqların solda olmasının səbəbini də izah ediblər. Onların fikrincə, bu prinsip fərdi avtomobillərin sağa dönməsini də asanlaşdıracaq.
Zolaqlar layihələndirilərkən avtobusların metro stansiyalarına tez çatması da nəzərə alınır.
Hələlik avtobus zolaqlarına digər nəqliyyat vasitələrinin daxil olub-olmayacağı məsələsinə aydınlıq gətirilıməyib.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 04 Dekabr 2024 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















