Icma.az
close
up
RU
Moskvada Paşinyana təzyiqlər olub Sabiq nazir

Moskvada Paşinyana təzyiqlər olub Sabiq nazir

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Məlum olduğu kimi, bu gün Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıblar, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.

Sözügedən görüşlə bağlı “Unikal”a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Vaşinqton görüşündən dərhal sonra çox ümid verici əhval-ruhiyyə yarandı:

“Sentyabr ayının sonlarında BMT Baş Assambleyasında da böyük bir siyasi tədbir baş tutub. Nikol Paşinyan həmin tədbirə Moskvadan gəlmişdi. O, Baş Assambleyasındakı çıxışında Azərbaycana aid tənqidi fikirlər səsləndirmişdi. Bundan sonra, Paşinyan yenə də tənqidi xəttini bir çox açıqlamalarında davam etdirib.

Mən belə qənaətə gəlmişəm ki, Moskvada Rusiya rəhbərliyi ilə görüşü zamanı Paşinyana Vaşinqtonda əldə olunmuş razılaşmalar, xüsusilə Zəngəzur dəhlizinə aid təzyiqlər olub. Nəticədə siyasi ritorikada dəyişikliklər baş verib”, - deyə o qeyd edib.

Tofiq Zülfüqarov vurğulayıb ki, belə bir məqamda Azərbaycan-Ermənistan liderləri arasında görüş mütləq baş tutmalı idi: “Görüşün nəticələrinə dair rəsmi məlumatda da müzakirə olunan məsələlər açıqlanıb. Orada qeyd etdiyimiz məsələlərə dair müzakirələr aparılıb.

Bəllidir ki, “Tramp marşrutu” adlandırılan layihənin ikinci hissəsi də var. Orada Naxçıvandan keçən dəmir yollarının bərpası nəzərdə tutulur. Belə bir məlumat var idi ki, Avropa İttifaqı həmin layihənin maliyyələşməsində təşəbbüs göstərmək istəyir. 

Biz başa düşürük ki, bugünkü görüş Aİ-nin tədbiri çərçivəsində reallaşıb. Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin həmin tədbirdə iştirakını nəzərə alaraq ehtimal etmək olar ki, Aİ-nin maliyyə yardımının alınması məsələsi ilə bağlı müəyyən addımlar atıla bilər".

Murad İbrahimli
 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri