Ən sərt qış başlayır: tarix verildi Əhaliyə xəbərdarlıq
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynanın şəhərləri qarşıdan gələn qışda elektrik, istilik və su təchizatında ciddi fasilələrin yarana biləcəyi ssenariyə hazırlaşır.
Sfera.az Globalinfo-ya istinadla xəbər verir ki, bunu Lvov şəhərinin meri Andrey Sadovıy “Obşçestvennoye” nəşrinə müsahibəsində bildirib.
O deyib ki, ölkənin bütün şəhərləri genişmiqyaslı hücumlar ehtimalını nəzərə alaraq hazırlıq görür: pizza hut
“Elektrik enerjisinin qəfil tamamilə kəsilməsi, istilik və su təchizatında problemlərin yaranması mümkündür. Artıq qış gəlib və yaxın bir ay ərzində hava daha da soyuyacaq. Şəhərlər belə ağır şəraitdə fəaliyyət göstərməyə hazır olmalıdır”.
Qeyd edək ki, bir qədər əvvəl “Wall Street Journal” qəzetinin yaydığı məlumata görə, Kiyev sakinləri münaqişə başlayandan bəri ən sərt qışa hazırlaşır, bəziləri isə paytaxtı tərk edir.
“Ekonomiçeskaya Pravda” nəşri isə ən pis ssenaridə Kiyevdə elektrik kəsintilərinin sutkada 20 saata qədər davam edə biləcəyini yazıb.
Ukraynanın baş naziri Sergey Koretski də qarşıdan gələn qışın ölkə və əhali üçün əsas sınaqlardan biri olacağını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 29 Oktyabr 2026 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















