Moskvada polislərə hücum edən əcnəbinin barəsində ölüm hökmü çıxarıla bilər
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Moskvada polislərə bıçaqla hücum edən xarici ölkə vətəndaşının məhkəməsi keçirilir.
APA xəbər verir ki, bu haqda “TASS” agentliyi Rusiya İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, onun barəsində 12 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə, ömürlük azadlıqdan məhrumetmə cəzaları çıxarıla bilər, eləcə də ölüm hökmünə məhkum edilə bilər.
Verilən məlumata görə, saxlanılan şəxs bu gün Daxili İşlər Nazirliyinə məxsus avtomobillərə iki ədəd alışdırıcı qarışıq olan butulka atıb. Hadisə Şelyakov şossesindəki yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib. Polis əməkdaşları onun hərəkətlərinin qarşısını almaq üçün hadisə yerinə gəldikdə, həmin şəxs onlara bıçaqla hücum edib.
Bildirilir ki, hüquq-mühafizə orqanı əməkdaşlarının həyatına qəsd faktı üzrə cinayət işi başlanıb. Hücum edən şəxs zərərsizləşdirilərək saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 Avqust 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















