Icma.az
close
up
RU
Moskvadan Pxenyana müəmmalı təyyarə uçuşu olub

Moskvadan Pxenyana müəmmalı təyyarə uçuşu olub

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “İL-62M” tipli hərbi təyyarə həftəsonu Şimali Koreyanın paytaxtı Pxenyana müəmmalı uçuş həyata keçirib.

"Cebheinfo.az" xəbər verir ki, Moskva yaxınlığındakı Çkalovski Hərbi Hava Bazasından havaya qalxan təyyarə Sunan Beynəlxalq Hava Limanına endikdən sonra cəmi iki saat yerdə qalıb.

Bu il Şimali Koreyaya ilk təsdiqlənmiş uçuş olan bu səfərin məzmunu ilə bağlı rəsmi açıqlama verilməsə də, hərbi analitiklər təyyarədə yüksək səviyyəli Rusiya rəsmilərinin ola biləcəyini ehtimal edirlər.

Məlumdur ki, əvvəllər də analoji uçuşlar hərbi və strateji danışıqlarla bağlı olub.

Son zamanlar Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlıq nəzərəçarpacaq dərəcədə artıb. Xüsusən də Rusiyanın o vaxtkı müdafiə naziri Sergey Şoyqunun 2023-cü ildə Pxenyana səfərindən sonra Rusiya hərbi təyyarələrinin Şimali Koreyaya uçuşlarında ciddi hərəkət müşahidə olunub.

ABŞ və Qərb kəşfiyyat mənbələri Şimali Koreyanın Rusiyaya döyüş sursatları, artilleriya sistemləri və ballistik raketlər təqdim etdiyini bildirir. 

Kiyev kəşfiyyatının məlumatına görə, Rusiya ordusunun Ukraynada istifadə etdiyi sursatın təxminən yarısı Şimali Koreyadan gəlir.

Son uçuşun təfərrüatları məxfi qalsa da, bu qısa səfərin hərbi texnologiya transferi, sursat tədarükü və ya yeni əməkdaşlıq müqaviləsinin müzakirəsi ilə bağlı ola biləcəyi düşünülür.

Rusiya və Şimali Koreya arasındakı bu sıx hərbi trafik beynəlxalq təhlükəsizlik balansları baxımından yaxından izlənilir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri