Moskvadan Trampa hədə: Sənin üçün pis olacaq!
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
“Ukraynaya “Tomahawk” raketlərinin mümkün tədarükü hamı üçün pis nəticələrlə bitə bilər, ilk növbədə, ABŞ Prezidenti Donald Tramp üçün”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Medvedev Trampın “əgər Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsini həll etməsə, bu, onun üçün pis sonla nəticələnəcək” təhdidini xatırladıb.
“Əgər “sülhpərvər biznes” ifadəsi “Tomahawk”lar haqqındadırsa, bu söz yanlışdır. Bu raketlərin tədarükü hamı üçün pis yekunla nəticələnə bilər, ilk növbədə, Tramp üçün”, - Rusiya rəsmisi vurğulayıb.
Donald Tramp bundan əvvəl söyləmişdi ki, əgər münaqişə həll olunmasa, ABŞ Ukraynaya “Tomahawk” raketləri verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 13 Oktyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















