Icma.az
close
up
RU
Moskvadan yeni xəyanət: Bakı 3 il əvvəl siyahı verdi, dəhşətli hadisə təkrarlandı

Moskvadan yeni xəyanət: Bakı 3 il əvvəl siyahı verdi, dəhşətli hadisə təkrarlandı

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Rusiya ötən gün Ukraynaya təxminən 18 raketlə zərbələr endirib. Ukrayna Prezidenti Volodimir Zelenski zərbələr nəticəsində 4 nəfərin həlak olduğunu və Kiyevdəki Azərbaycan səfirliyinin binasının “İsgəndər” raketinin qalıqları nəticəsində zərər gördüyünü açıqlayıb.

Hadisədən dərhal sonra Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Məsələ ilə bağlı səfirə kəskin etiraz bildirilib və müvafiq nota təqdim olunub. Maraqlıdır ki, bir müddət öncə də Kiyevə hücum zamanı səfirliyimizin binasına zərər dəymişdi. Son zamanlarda bu halın təkrarlanması diqqət çəkir.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, hadisənin fonunda bir məqam diqqət çəkir:

“Azərbaycanın diplomatik binalarının koordinatları Rusiya Müdafiə Nazirliyinə 2022-ci ildə rəsmi şəkildə təqdim edilib və Moskva bu məlumatları nəzərə alacağını öhdəlik kimi bildirib. Mövcud reallıqda Kiyevdəki səfirliyimizə zərbələrin təkrarlanması “texniki səhv” arqumentini zəiflədir. Zərbələr artıq ardıcıl xarakter alıb. Məsələn, bir müddət öncə SOCAR-ın Odessadakı infrastrukturu hədəfə çevrilmişdi. Görünən odur ki, regionda Azərbaycanın varlığı Rusiyanı narahat edir.


Qabil Hüseynli

Moskvanın motivlərini təhlil edərkən, zərbələrin zamanlaması və hədəflərin seçimi xüsusi önəm daşıyır. Səfirliyə yaxın məsafədə baş verən partlayışlar, binaların zədələnməsi Azərbaycana yönəlmiş bir güc nümayişdir. Rusiya mesaj verir ki, regionda hərbi əməliyyatların ritmini özü müəyyənləşdirir və digər aktorların mövqelərini nəzərə almaq niyyətində deyil.

Hadisələrin inkişafı regionda üçtərəfli münasibətlərin hansı istiqamətə dəyişəcəyini müəyyən edəcək. Azərbaycanın növbəti addımı, Rusiyanın verəcəyi izahat və Kiyevlə artan siyasi yaxınlıq artıq yeni bir təhlükəsizlik arxitekturasının formalaşmasına işarə edir. Fikrimcə, bu insident Moskva-Bakı münasibətlərini gərginləşdirəcək”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, mərmi iki dəfə eyni yerə düşə bilməz:

“Ancaq nə hikmətdirsə, Rusiyanın Kiyevə raket zərbələri nəticəsində hər dəfə mərmilər Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşür. Bu, il ərzində ikinci oxşar hadisədir. Rusiyanın ötən gecə Kiyevə endirdiyi raket zərbəsi nəticəsində “İskəndər” tipli raketin qəlpələri Azərbaycanın Ukraynadakı səfirliyinin binasına düşüb. Zərbə nəticəsində səfirliyin divarının bir hissəsi çöküb, pəncərələr sınıb, diplomatlarımızın maşınları zərər görüb.


Elxan Şahinoğlu

Kiyevə ötən axşam edilən raket hücumları zamanı mülki insanlar həlak olublar. 2022-ci ildə də Azərbaycanın Kiyevdəki səfirliyi yaxınlığına iki dəfə raket düşmüşdü və nəticədə binanın divarlarında çatlar əmələ gəlmişdi. Səfirlik hər hücumdan sonra raket zərbələrinin nəticələrini aradan qaldırsa da, bu, uzun çəkmir və binanın ətrafına yenidən mərmi düşür. Kiyevdə bir başqa ölkənin səfirliyi Azərbaycan səfirliyi qədər ziyan görməyib. Bunu təsadüf saymaq olmaz”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see156

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri