Icma.az
close
up
RU
Paşinyandan Moskvanı sevindirən CAVAB: Simonyan da təsdiqlədi 19 il sonra...

Paşinyandan Moskvanı sevindirən CAVAB: Simonyan da təsdiqlədi 19 il sonra...

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın Gümrüdəki 102-ci bazasının ölkədən çıxarılması ilə bağlı hazırda heç bir müzakirənin aparılmadığını bildirib. Spiker bu məsələnin hökumətin gündəliyində olmadığını vurğulayıb. Həmçinin baş nazir Nikol Paşinyan da daha əvvəl eyni fikri səsləndirmişdi.

Analitiklərin fikrincə, bu açıqlamalar rəsmi İrəvanın hələ də Moskva ilə hərbi əməkdaşlığı davam etdirmək niyyətində olduğunu göstərir.

Rusiya bazası hansı halda Ermənistandan çıxarıla bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Rusiya hərbi bazasının Ermənistanda yerləşdirilməsi ilə bağlı müqavilə 1995-ci ildə imzalanıb:

“Müqaviləyə əsasən, həmin hərbi baza 49 il müddətinə Ermənistanda qalmalıdır. Əgər tərəflərdən biri etiraz etməzsə, bu müddət avtomatik olaraq uzadıla bilər. Ermənistan rəhbərliyi zaman-zaman bazanın öz ərazisindən çıxarılmasını istədiyini bəyan edib. Hətta bildirilib ki, bu bazanın ölkənin təhlükəsizliyinin təmin olunmasında real rolu yoxdur.

Ancaq Moskva ilə imzalanan müqavilədə elə şərtlər var ki, hərbi bazanın Ermənistandan çıxarılmasını faktiki olaraq mümkünsüz edir. Hazırkı mərhələdə isə İrəvan rəhbərliyi bu proses üçün hələ erkən olduğunu düşünür. Onlar belə bir qərar üçün uyğun zamanın yetişmədiyini vurğulayırlar. Müqaviləyə əsasən, bazanın vaxtından əvvəl çıxarılması yalnız ikitərəfli komissiyanın razılığı ilə mümkündür. Bu komissiya yarı erməni, yarı rus nümayəndələrdən ibarət olmalıdır.


Abutalıb Səmədov

Siyasi şərhçi qeyd edib ki, Rusiyanın mahiyyətini artıq bütün dünya və qonşu dövlətlər yaxşı anlayır:

“Onun nələrə qadir olduğu, hansı vəhşiliklərə imza ata biləcəyi də hər kəsə bəllidir. Nikol Paşinyan və rəhbər komanda mövcud prosesləri real şəkildə dərk edir.

Vaşinqtonda keçirilən görüşlər və imzalanan sənədlər bu istiqamətdə atılan mühüm addımlar kimi qiymətləndirilir. ABŞ-ın bölgədə artan nüfuzu və güclənməsi fonunda, yaxın 5-10 il ərzində bazanın Ermənistandan çıxarılması mümkün ola bilər.

Bunun baş verməsi üçün əsas şərtlərdən biri 2026-cı ildə keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın qalib gəlməsidir. Əgər Paşinyan hakimiyyətdə qalar və ABŞ-ın bölgədə təsiri daha da güclənərsə, o zaman Rusiya hərbi bazasının Ermənistandan çıxarılması reallaşar”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri