Icma.az
close
up
RU
Moskvanın Bakıya hücumunun əsas səbəbləri Zəngəzur dəhlizində nə baş verdi?

Moskvanın Bakıya hücumunun əsas səbəbləri Zəngəzur dəhlizində nə baş verdi?

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?
 

Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nəticələnən zorakılıq bu sualın cavab axtarışını aktuallaşdırır. AZAL-ın təyyarəsinin vurulmasından sonra Bakı-Moskva xəttində gərginlik yüksələn xətlə davam edir, xüsusilə Azərbaycanın geri addım atmaması Kremldə imperativ narazılıqlar yaradıb və soydaşlarımıza hücumla “cəza aktı”na əl atırlar. Hərçənd, son günlərin siyasi gündəmi fonunda Kremlin qəzəbinin qorxudan qaynaqlandığı görünür:
 

- Rusiya Cənubi Qafqazda mövqelərini bərpa etmək imkanından, regional kommunikasiyaların açılmasından – Zəngəzur dəhlizindən məhrum ola bilər;
 

Ukrayna ətrafından danışıqlar prosesinin başlanması ilə Rusiya regiona – ilk öncə keçmiş forpostu olan Ermənistana qayıdış cəhdlərinə start verdi. Və xüsusilə önünü açan iki amil imkanlarını genişləndirir.
 

1. Trampın gəlişindən sonra Qərbdə Ermənistan hakimiyyətinə verilən dəstəyin haçalanması;
2. İran ətrafında çəmbərin daralması ilə Ermənistanın regionda Rusiya qarşısında alternativ dəstəyi də zəifləyirdi;
 

Moskva İran-İsrail müharibəsinə təkcə Ukrayna cəbhəsində yox, həm də Cənubi Qafqazda mövqelərini gücləndirmək imkanı olaraq baxırdı. Ermənistanda yenidən möhkəmlənir və 44 günlük müharibədən dərhal sonra yaranmış regional situasiyanı – Rusiya-Türkiyə tandemində balans arxitekturasını yenidən qurur, bununla Zəngəzur dəhlizi də daxil olmaqla regional kommunikasiyanın bərpasında əsas pay sahiblərindən birinə çevrilir.


Bakı-Ankara-İrəvan xəttində baş verənlər Moskva üçün “soyuq duş” effekti yaradıb.

Nə baş verdi?
 

İran ətrafında müharibə Ermənistanı regionda təklənmiş vəziyyətə salır və bu situasiya İrəvanın Moskvadan uzaqlaşmaq xəttinə problemlər yaradır. Paşinyan anlayır ki, rusların “geri dönüşü” onu çətin seçim qarşısında qoyacaq: ya kommunikasiyanın açılmasına rus qoşunlarının da yer aldığı ssenari ilə razılaşmalı – 10 noyabr bəyanatının 9-cu maddəsi – və “yeni Ermənistan” konsepsiyasından imtina etməli, ya da hakimiyyətinə yaranacaq təhdidlərlə mübarizə aparmalıdır. Bu situasiyada İrəvan üçün Vaşinqton və Brüssel regionda tarazlaşdırıcı güc rolunu oynaya bilmir, ən azından texniki baxımdan. Yeganə qapı Ankaraya açılır, bu həm də Bakı ilə “ortaq dil”in tapılması imkanları yaradır. Türkiyə Ermənistanın Avropa bazarına çıxış ümidlərinin yeganə marşrutudur.
 

20 iyunda ilk dəfə Türkiyəyə səfər edən Nikol Paşinyanın məqsədi Ərdoğanla anlaşmaq, Moskva qarşısında regional balansı qorumaq, sərhədlərin açılması və Bakı ilə əsas ziddiyyətli məqam olan kommunikasiyanın açılmasında – Zəngəzur dəhlizində “ortaq məxrəc”in tapılması imkanlarını yoxlamaq idi. İrəvan anlayır ki, Bakı olmadan Ankara ilə anlaşa bilmək cəhdləri vaxt itirmək deməkdir. Ərdoğanın Paşinyandan bir gün öncə - 19 iyunda Əliyevlə bir araya gəlməsi də bunu təsdiq edir. Əslində Ərdoğan-Əliyev, Ərdoğan-Paşinyan görüşünə qədər kadr arxasında mümkün razılaşmaların hazırlandığı, liderlərin bu razılaşmaları müzakirə etdiyi istisna edilməməlidir.
 

Ehtimal olunan razılaşma: regional kommunikasiya – Zəngəzur dəhlizi artıq qüvvədən düşmüş 10 noyabr bəyanatından kənar formada, Rusiyanın iştirakı olmadan açılır;
 

Ərdoğan-Əliyev, Ərdoğan-Paşinyan görüşündən dərhal sonra baş verənlər də bu ehtimalı gücləndirir.
- 20 iyunda Naxçıvanın muxtariyyətinin ləğv edilməsinin başlanğıcı hesab oluna biləcək qərar verildi: bu qərar gələcək təhlükələrə hesablanmış addım olmaqla yanaşı, Zəngəzur dəhlizinin açılması perspektivindən də qaynaqlanır;
- Paşinyan Türkiyədən qayıtdıqdan dərhal sonra kilsənin - Ermənistanda Bakı və Ankara ilə anlaşmaya – belə bir anlaşma Zəngəzur dəhlizinin açılması ilə mümkün ola bilər – qarşı çıxacaq, eyni zamanda, hakimiyyətinə təhdid yaradacaq qüvvələrin neytrallaşdırılması istiqamətində hərəkətə keçdi.
- 27 iyunda Türkiyəyə səfər edən Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan iki ölkə arasında ticarət dövriyyəsi və yük daşımaları ilə bağlı məsələləri müzakirə etdi.
 

İstisna deyil ki, Bakı-Ankara-İrəvan xəttində Zəngəzur dəhlizi ilə bağlı anlaşma var. Mümkün anlaşmaya görə:
- Azərbaycandan Naxçıvana maneəsiz keçid “tranzit” adı ilə açılır;
- Burada “Kalininqrad modeli” üzrə, yəni “Azərbaycandan Azərbaycana prinsipi”nin tətbiqi mümkündür;
- Daşımaların sadələşdirilmiş rejimdə həyata keçirilməsi də variantlar arasında ola bilər, nəticə etibarilə “maneəsiz keçid” təmin olunacaq;
- Həm Rusiyanın oyundan çıxarılması, həm də Ermənistanda Paşinyana qarşı narazılığın neytrallaşdırılması üçün “dəhliz” terminindən imtina edilə bilər;
 

Rusiyada azərbaycanlılara qarşı dövlət səviyyəsində edilən hücumların məhz bu hadisələrdən sonra baş verməsi təsadüfi deyil.
 

Moskva regional kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupunun həmsədri Aleksey Overçukla Bakıya mesajlarını-istəklərini göndərəcəkdi, bundan öncə azərbaycanlılara hücumun edilməsi təzyiqlə mövqeyini qəbul etdirməyə hesablanmış addım kimi görünürdü. Bu səfəri ləğv edən Azərbaycan adekvat addımlarla Rusiyaya geri çəkilməyəcəyini nümayiş etdirir.
 

Moskvaya qarşı həm Bakıda, həm İrəvanda dirəniş sərgilənməsi Cənubi Qafqazda güc balansının gələcəyini müəyyənləşdirəcək faktordur. Bakı-Moskva xəttində qarşıdurma kəskinləşərsə, Ankara diplomatik müstəvidə proseslərə müdaxilə edə bilər. Hadisələrin inkişafına Ermənistanın nə qədər müqavimət göstərə biləcəyi, Rusiya ilə separat danışıqlara gedib-getməyəcəyi yön verə bilər.
Asif Nərimanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 İyun 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see243

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see211

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see180

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see148

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see140

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see138

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see137

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri