Icma.az
close
up
RU
Moskvanın bir qalası da yıxıldı: Müdafiə naziri öldü, prezident tutuldu Nə baş verir?

Moskvanın bir qalası da yıxıldı: Müdafiə naziri öldü, prezident tutuldu Nə baş verir?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın Venesuelanın paytaxtı Karakasda desant əməliyyatı həyata keçirdiyi bildirilir. Nəticədə paytaxtda elektrik enerjisinin verilməsində problem yaranıb, müxtəlif ərazilərdə ard-arda partlayışlar baş verib. ABŞ Hərbi Hava Qüvvələrinin dəqiq hücumları nəticəsində Venesuela müdafiə nazirinin evinin hədəf alındığı və onun həlak olduğu deyilir.

Yerli mənbələrin bildirdiyinə görə, Karakas və ölkənin digər ərazilərində yerləşən hərbi bazalara daha bir neçə zərbə endirilib. Karakasın mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, Venesuela üzərində hava məkanı isə tamamilə bağlanıb. Həmçinin Prezident Nikol Maduro və xanımının ABŞ ordusunun əlinə keçdiyi açıqlanıb.

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Venesuela XXI əsrin əvvəlində Latın Amerikasında anti-Amerika siyasi platformasının və ideoloji diskursunun mərkəzi aktorlarından biri olub:

“Hugo Çaves dövründən etibarən Venesuela ABŞ-ın Qərb yarımkürəsindəki təsirinə qarşı alternativ siyasi xəttin simvolu kimi çıxış edib. Lakin davam edən  beynəlxalq sanksiyalar ölkənin həm daxili dayanıqlığını, həm də regional təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Bu gün Venesuelda mümkün hakimiyyət dəyişikliyi təkcə milli siyasi sistemin transformasiyası deyil, Latın Amerikasında ideoloji balansın və qlobal güc münasibətlərinin yenidən formalaşması baxımından da maraq doğurur.

Tramp üçün Venesuela ilk növbədə iqtisadi qaynaqlarına görə vacibdir. Ölkə dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malikdir. Bu resurs bazası ölkəyə nəzəri baxımdan uzunmüddətli fiskal dayanıqlıq və regional iqtisadi liderlik imkanı verir. Neftlə yanaşı, təbii qaz, qızıl və digər strateji xammal ehtiyatları Venesuelanın iqtisadi potensialını daha da genişləndirir”.

Politoloq bildirib ki, Venesuelada hakimiyyət dəyişikliyi Latın Amerikası üçün simvolik və praktiki əhəmiyyət daşıyır:

“Uzun müddət ərzində bu ölkə regionda ABŞ-a qarşı ideoloji xətti təmsil edən qüvvələr üçün həm maliyyə, həm də siyasi legitimlik mənbəyi olub. Xüsusilə enerji resursları hesabına həyata keçirilən regional əməkdaşlıq mexanizmləri bu ideoloji oxun davamlılığını təmin edib. Prezident Nikolas Maduronun hakimiyyətdən getməsi Latın Amerikasında sol ideoloji xətti təmsil edən siyasi elitalar üçün mühüm zərbə olacaq. Lakin, alt təbəqələrdə sol ideoloji xətti tamamilə aradan qaldırmayacaq, çünki Latın Amerikasında solçuluq davamlıdır və ənənəvi mahiyyət daşıyır.


Zaur Məmmədov

Məsələlərə qlobal geosiyasi mübarizə kontekstində baxdıqda Maduronun bugünə qədər Moskva və Pekin tərəfindən dəstəkləndiyini (digər solçuların da daimi hər iki mərkəz tərəfindən dəstəkləndiyi şübhəsizdir) qeyd etmək vacibdir. Lakin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasındakı münasibətlərdə “siyasi alver” Alyaska görüşündən sonra Venesuelanın və Ukraynanın aqibətinin həll olduğu versiyasını da ortaya qoyurdu. Moskva üçün Venesuela postsovet məkanından kənarda ABŞ-a qarşı geosiyasi mövcudluğun nadir platformalarından biridir. ABŞ üçün isə Qərb yarımkürəsində Rusiya və Çin təsirinin məhdudlaşdırılması baxımından əsas prioritetlərdən sayılır”.

Z.Məmmədov qeyd edib ki, Ukrayna böhranı ilə Venesuela arasında birbaşa deyil, lakin funksional əlaqə mövcuddur:

“Ukrayna Rusiya üçün fundamental təhlükəsizlik və nüfuz zonasını təmsil etdiyi kimi, Venesuela da ABŞ üçün analoji strateji məkan hesab olunur. Bu səbəbdən tərəflər arasında açıq şəkildə ifadə edilməsə də, Venesuela məsələsi əlbəttə ki, müzakirə edilib, lakin hər iki mövzu ilə bağlı sinxronluğun olmaması yekun qərar verilməməsi versiyasını ortaya qoyur.

Qısası, Venesuelada baş verən proseslər lokal siyasi dəyişiklikdən daha çox, qlobal geosiyasi dinamikanın tərkib hissəsi kimi dəyərləndirilməlidir və növbəti zəngin ərazi uğrunda ilk növbədə məhz iqtisadi mübarizədir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:31
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see180

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see159

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see157

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see136

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see134

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri