Icma.az
close
up
RU
“Moskvanın yaratdığı təhlükə uzunmüddətlidir” NATO silah istehsalında Rusiyanı geridə qoyub

“Moskvanın yaratdığı təhlükə uzunmüddətlidir” NATO silah istehsalında Rusiyanı geridə qoyub

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

NATO ölkələri uzun fasilədən sonra ilk dəfə Rusiyanı sursat istehsal tempi baxımından geridə qoyub. 

“AzPolitika” xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte Buxarestdə keçirilən hərbi-sənaye forumunda çıxışı zamanı bildirib.

Rüttenin sözlərinə görə, bir müddət Rusiya NATO ölkələrinin ümumi istehsalını qabaqlayırdı, lakin artıq vəziyyət dəyişib. Alyans çərçivəsində onlarla yeni istehsal xətti açılıb, mövcud müəssisələr genişləndirilib. 

“Son onilliklərdə bu qədər genişmiqyaslı istehsal görməmişik”, – deyə NATO rəhbəri vurğulayıb.

Baş katib istehsalın artırılmasını “real və uzunmüddətli təhlükələr”lə əlaqələndirərək əsas təhdid mənbəyi kimi Rusiyanı göstərib: “Moskvanın yaratdığı təhlükə Ukraynaya qarşı müharibənin bitməsi ilə aradan qalxmayacaq. Rusiya yaxın gələcəkdə də Avropa və dünya üçün destabilizasiya edən qüvvə olaraq qalacaq.”

Rütte həmçinin Rusiyanın Çin, Şimali Koreya və İranla hərbi-sənaye əməkdaşlığını “misilsiz səviyyəyə” qədər genişləndirdiyini və bu ölkələrin uzunmüddətli qarşıdurmaya hazırlaşdıqlarını qeyd edib.

O, NATO-nun müdafiə sektorunda innovasiyaları dəstəkləyəcəyini, sursat təchizatını artırmaq üçün satınalmaların sürətləndirilməsinə hazır olduqlarını da bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrda keçirilən Valday forumunda Avropada “hərbiləşmənin sürətləndiyini” qeyd edərək, “əgər Avropadan real hərbi təhlükə yaranarsa, Moskvanın cavabı çox tez və inandırıcı olacaq” bəyanatını vermişdi.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Noyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri