Icma.az
close
up
RU
Moskvanın “yedəklərində” çaxnaşma

Moskvanın “yedəklərində” çaxnaşma

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Cənubi Qafqaz və Yaxın Şərqdə ara qarışıb: xalqlar Kremlə yaxın rejimlərə qarşı

Hazırda dünya gündəminin əsas müzakirə mövzusuna Rusiya - Ukrayna müharibəsi, İsrail - “Hizbullah”, İsrail – HƏMAS savaşı ilə yanaşı Gürcüstanda baş verən siyasi böhran və Suriyada gərginliyin yenidən artması daxil olub.

Oktyabrın 26-da qonşu Gürcüstanda keçirilən parlament seçkilərindən sonra başlayan etiraz aksiyaları bu günlərdə daha geniş miqyas alıb. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının yeni hökumət formalaşdırmasından və Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına inteqrasiya siyasətini 2028-ci ilədək dondurmaq qərarı ilə bağlı çıxışından sonra müxalifət, ictimai sektor paytaxt Tiflis küçələrinə axışdı. Çoxminlərin iştirak etdiyi aksiyalar günlərdir davam edir, gecə səhərədək Gürcüstan Parlamentinin binası qarşısında hökumətə etiraz edilir. Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları səhərə yaxın etirazçıları dağıtmağa müvəffəq olur ki, bu proses də adətən zorakılıqla müşahidə edilir.

Suriyadakı gərginliyə gəlincə, noyabrın 28-də Suriya hökumətinin və onun dəstəkçilərinin “terrorçu”, Qərbin və Türkiyənin isə “müxalifət” adlandırdıqları üsyançı yaraqlılar Hələbdə hökumət mövqelərinə hücum ediblər. Məlumatlara görə, Hələb şəhəri və çoxsaylı kənd və qəsəbələr üsyançılar tərəfindən nəzarətə götürülüb. 

Gürcüstan və Suriyada baş verənlərlə bağlı AYNA-nın suallarını siyasi şərhçi Şahin Cəfərli cavablandırıb:

- Bəli, Gürcüstanda kütləvi aksiyalar artıq beş gündür ki, davam edir. Polis səhər saatlarına yaxın aksiyaları dağıtsa da, effekt vermir. Çünki səhər yenidən insanlar Tiflisdə meydana toplaşırlar və hər gün iştirakçıların sayı bir qədər də artır. Əslində “Gürcü Arzusu” özünü çətinə saldı. Kobaxidzenin Avropaya inteqrasiyadan imtina ilə bağlı qərarı elan etməsi gözlənilməz oldu. Əlbəttə, hər kəs anlayırdı ki, “Gürcü Arzusu” ölkəni Qərbə yox, Rusiya istiqamətinə aparmaq siyasəti aparır. Amma maskanın belə tezliklə düşməsi gözlənilmirdi.

Gözlənilən o idi ki, hakimiyyət aldatma siyasətini bir qədər də davam etdirəcək. Çünki “Gürcü Arzusu” seçkilərdən əvvəl bəyan edirdi ki, Avropaya inteqrasiyadan imtina etmirlər. Əksinə, “Gürcü Arzusu” seçki kampaniyasında əhaliyə vəd edirdi ki, ancaq onların siyasətinin gücü ilə Avropaya inteqrasiya edilə bilər. Hətta həmin Kobaxidze demişdi ki, 2030-cu ildə Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvü olacaq. Bu baxımdan, rəsmi Tiflisin imtina ilə bağlı qərarı gözlənilməz idi. Gürcü cəmiyyətinin də məlumdur ki, 80 faizi Avropaya inteqrasiyanın tərəfdarıdır. Bu etirazlar da məhz “Gürcü Arzusu”nun sözügedən siyasət dəyişiminin nəticəsidir.

- Bəs, dəyişən nə oldu və “Gürcü Arzusu” niyə özünün də əleyhinə çevrilən belə səhvə yol verdi?

- Düşünürəm ki, “Gürcü Arzusu”nun öz niyyətini belə tezliklə, gözlənilməz şəkildə açıqlamasında Avropa Parlamentinin qərarının rolu var. Məlumdur ki, Avropa Parlamenti Gürcüstandakı seçkilərin legitim olmamasına görə nəticələrini tanımamaqla bağlı qətnamə qəbul etdi. Böyük ehtimalla, “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvili bundan qəzəbləndi. Aydındır ki, Gürcüstanda hazırda yalnız İvanişvilinin iradəsi təsiredicidir. Rəsmi vəzifə tutmasa da, Gürcüstan İvanişvili tərəfindən idarə olunur. Bu şəxs demək olar ki, Gürcüstanı şəxsi mülkiyyətinə çevirib. Avropaya inteqrasiya siyasətinin dondurulması ilə bağlı qərarın İvanişvilinin emosional ruh halından qaynaqlandığını düşünürəm. Yoxsa Gürcüstanın indiki hakimiyyəti niyyətini belə tezliklə elan etməzdi. Çünki bu, “Gürcü Arzusu”nun özünün maraqlarına uyğun deyil. Necə ki, indi bu, meydanlarda görünür. Sanki, Kobaxidze bu bəyanatı səsləndirməklə odun üzərinə benzin tökmüş oldu.

Parlament seçkilərindən sonra etiraz aksiyaları olsa da, miqyası geniş deyildi. Aksiyalarda motivasiya əksikliyi hiss olunurdu. Gürcü hökuməti Avropaya inteqrasiya kursunu dondurmaq qərarı ilə əslində etirazlar üçün motivasiya yaratmış oldu. Bütün ölkələrdə siyasi parçalanma olur, hərə bir siyasi qüvvəni dəstəkləyir. Daxili məsələlərlə bağlı bütün cəmiyyətlərdə fərqli fikirlər var ki, bu, normaldır. Amma Avropaya inteqrasiya kursu Gürcüstanda milli konsensusdur. Əhalinin mütləq əksəriyyəti avrointeqrasiyanı dəstəkləyir. Bu, ölkə konstitusiyasında da təsbit olunur. Elə “Gürcü Arzusu”nun tərəfdarları da Avropaya inteqrasiyanı dəstəkləyirlər. Bu baxımdan, hökumət kursu dəyişməsi barədə açıqlaması ilə emosiyaları artırmış oldu.

- Bundan sonrakı gözləntilər nələrdir?

- “Gürcü Arzusu” hökumətinin Avropaya inteqrasiyadan imtina bəyanatından sonra aksiyalara yeni insanların qoşulduğunu gördük. Ən vacib detal isə bir çox nazirliklərin, dövlət idarələrinin əməkdaşlarının da etiraz etməsi idi. Məncə, bu, hökumətin özü üçün də gözlənilməz oldu. Xarici İşlər Nazirliyinin yüzdən artıq diplomatı, Müdafiə Nazirliyinin əməkdaşları, Baş Qərargahın zabitləri, Təhsil Nazirliyinin, Ədliyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin əməkdaşları hökumətin xarici siyasət kursunda dəyişikliyinə etirazlarını bildirdilər. Fakt ondan ibarətdir ki, “Gürcü Arzusu” dövlətə tam hakim deyil. Orta və alt məmur təbəqəsi “Gürcü Arzusu”na tabe deyil. Bu faktın özünün ortaya çıxması hökumətin ictimai mövqeyini zəiflətdi. Çünki cəmiyyət “Gürcü Arzusu”nun güclü olduğunu düşünürdü. Dövlət aparatının əməkdaşlarının hökumətin qərarlarına açıq etiraz etmələri “Gürcü Arzusu”nun zəif olduğunu sübut etdi. Bu, sonrakı proseslər üçün qırılma xarakteri daşıya bilər.

Hökumətin zəifliyini gördükdən sonra ona etiraz etməyə çəkinən, yaxud hökumətə etiraz etməyi öz maraqlarına uyğun saymayan təbəqələr də etirazlara qoşula bilər. Ona görə də, hesab edirəm ki, indiki situasiya hökumət üçün çox mürəkkəbdir. “Gürcü Arzusu”nun iki yolu qalır: ya etirazları kütləvi repressiyalarla, zorakılıqla, daha ifrat addımlarla, qan tökməklə yatırmaq, ya da etirazçılara güzəştə getmək.

- Kobaxidze bəyanatında güzəştə gedilməyəcəyini açıqladı. Bu halda birinci yol qalır. “Gürcü Arzusu” birinci yolu qətiyyətlə davam etdirəcəkmi?

- Hər iki yolun riskləri mövcuddur. Birinci yolun riskləri daha çoxdur. Əvvəla, sual budur: hökumətin repressiv yolla etirazları yatırmaq, bütün ölkə miqyasında etiraz dalğasını boğmaq üçün gücü və resursu varmı? Bu, şübhə doğurur. Güzəştə getmək isə “Gürcü Arzusu”nun faktiki siyasi səhnədən getməsi ilə nəticələnəcək. Çünki etirazçıların əsas istəyi yeni seçkilərin keçirilməsidir. Yəni hər iki yol “Gürcü Arzusu” üçün arzuolunmazdır. Hökumət hansı addımı atsa da, bu, hakimiyyətin məğlubiyyəti ilə nəticələnə bilər. Bir ehtimal var ki, hökumət aksiyaları öz axarına buraxar, müdaxilə etməz və bir müddətdən sonra etirazlar öləziyə bilər. Çünki insanlar nəticəsizlikdən yorula, bezə və dağılışa bilərlər. Əslində “Gürcü Arzusu”nun seçkilərdən sonrakı aksiyalara münasibəti məhz belə idi. Lakin artıq neçə gündür ki, polis vasitəsilə aksiyalar amansızlıqla dağıdılır. Ola bilsin ki, hökumət birinci yolun seçilməsində israrlı olsun.

- Dünyanın digər bir güşəsində - Suriyada gərginlik yenidən vüsət alıb. Bu ölkədə nə baş verir?

- Suriyada vəziyyət qəfl dəyişsə də, baş verənlər əvvəllər planlaşdırılıb. Suriya hökumətinin ələ keçirə bilmədiyi İdlib vilayətindəki silahlı qruplar hər zaman hökumət mövqelərinə hücum planları qurublar. Onlar əlverişli məqam gözləyirdilər ki, hərəkətə keçsinlər. Bu əlverişli konyuktur da son zamanlar formalaşdı. Məlumdur ki, İsrail İranın bölgədəki proksi qüvvələrinə qarşı ardıcıl və sərt əməliyyatlar keçirdi. “Hizbullah” faktiki olaraq yarımcandır. Bu qruplaşmanın döyüşçülərinin çoxu məhv edildi. Ən əsası, “Hizbullah”ın düşünən beyinlərinin faktiki olaraq, hamısı öldürüldü. Eləcə də, Suriyada Bəşər Əsəd rejiminin əsas dəstəkçilərindən olan Rusiya öz gücünü bütövlükdə Ukrayna cəbhəsinə yönləndirib. Aydındır ki, Əsəd rejiminin iki əsas sponsoru var idi: Rusiya və İran. İran daha çox canlı qüvvə ilə Əsədə yardım edirdi, Rusiya isə hərbi-texniki dəstək göstərirdi. Dediyim kimi, bu sponsorlar öz problemləri ilə məşğuldur. Hər iki sponsor zəiflədi. Bunu görən Suriyada indi üsyana qalxan silahlı dəstə hərəkətə keçdi. Söhbət Azad Suriya Ordusundan gedir. Çox qısa müddətdə də yaraqlılar uğur qazandılar. Artıq Hələb şəhərinin böyük hissəsini ələ keçiriblər.

- Buradakı proseslərin bundan sonrakı mərhələsi necə proqnozlaşdırılır?

- Hazırkı situasiya davam edərsə, Rusiya və İran yenidən toparlanıb Əsəd rejiminə dəstək verə bilməzsə, hadisələr daha da genişlənə bilər. Hətta Azad Suriya Ordusunun irəliləyişi Şamadək davam edə bilər. Amma dünən belə bir xəbər var idi ki, Rusiya Əsəd rejiminə dəstək verəcəyini söz verib. Suriya hökumətinə Moskva lazım olan silah-sursatı çatdıracağını vəd edib. Lakin silah-sursat da hər şeyi həll etmir. Bu gün Əsədin əsas ehtiyacı olan canlı qüvvədir. Canlı qüvvə isə Rusiyanın özünə daha çox lazımdır. İran da dəstək verəcəyinə söz verib. Amma İran öz qruplarını toplaya, Əsədə kömək edə biləcəkmi? Bu cür suallar açıq qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://ayna.az
archiveBu xəbər 03 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1224

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see190

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see182

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see128

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see125

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see119

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see111

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see111

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri