Icma.az
close
up
RU
Moskvaya çata bilən “Super Taurus” yaradılır…

Moskvaya çata bilən “Super Taurus” yaradılır…

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Raket haqqında ilk məlumat ortaya çıxıb…

...İyulun 17-də xüsusilə bir-birinin müdafiəsində qarşılıqlı yardımı nəzərdə tutan strateji müqavilə imzalayan Almaniya və Böyük Britaniya yeni nəsil uzaqmənzilli raket “super- Taurus” üzərində işə başlamaq barədə razılığa gəliblər. Moskva nişangahda…

SİA-nın məlumatına görə,“The Telegraph” yazır ki, belə bir raket yaxın 10 il ərzində hazırlanmalıdır. Hələlik yeni silahla bağlı təfərrüatlar azdır, lakin məlumdur ki, raketin uçuş məsafəsi 2000 km olmalıdır. Beləliklə, “super-Buğa” Berlindən Moskvaya (Almaniya paytaxtından Rusiya Federasiyasının paytaxtına düz xətt üzrə məsafə 1663 km-dir-A.B.) uça biləcək.

Yeni raket təxminən 500 km uçuş məsafəsinə malik Almaniyanın mövcud “Taurus” sisteminin inkişafı olacaq. Almaniyada bu sursatlardan 600-ə yaxını var və onlar ölkənin arsenalında ən güclülərdən sayılır.

“Taurus” raketləri Almaniya hökumətinin bu silahları Ukraynaya verməkdən imtina etməsi səbəbindən müntəzəm olaraq ictimai və siyasi müzakirə obyektinə çevrilir. Müttəfiqlik əlaqələrinin gücləndirilməsi Berlin və London arasında imzalanmış saziş müdafiə sahəsində qarşılıqlı dəstəyi və hərbi təchizatların koordinasiyasını nəzərdə tutur.

Jurnalistlər bu sazişi İkinci Dünya Müharibəsinin bitməsindən sonra iki ölkə arasında ən geniş müqavilə adlandırırlar. Müqavilə həm də Britaniya, Almaniya və Fransa arasında yaranmaqda olan “üçbucaqlı alyansın” bir hissəsidir – Rusiyadan gələn davamlı təhlükə fonunda Avropanın təhlükəsizliyini gücləndirmək təşəbbüsü...

Hər iki ölkə artıq NATO-nun 5-ci maddəsinin öhdəlikləri ilə bağlı olsa da, yeni saziş müdafiə sektorunda ikitərəfli əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Almaniya Avropanın əsas hərbi gücüdür

...Nəşr qeyd edir ki, “Britaniya və Almaniya arasında hələ rəsmən təsdiqlənməmiş “super-Taurus” layihəsi Almaniyanı Avropada əsas hərbi gücə çevirmək üçün Merzin daha geniş səylərinin bir hissəsidir”.

May ayında Xristian Demokrat İttifaqı lideri Almaniyada qeyri-məhdud müdafiə maliyyələşməsinə qapı açan tarixi islahatlar həyata keçirdi.

Merz həmçinin ölkənin dağılan avtomobil və dəmir yolu şəbəkəsini təmir etmək üçün 500 milyard avroluq (430 milyard funt sterlinq-A.B.) xüsusi infrastruktur fondu yaradıb - Rusiya ilə müharibə vəziyyətində tankların və qoşunların NATO-nun şərq cinahına daşınması üçün lazım olan infrastruktur...

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 İyul 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri