Icma.az
close
up
RU
Moskvaya üç istiqamətdən hücum başladı İki ölkə ön planda

Moskvaya üç istiqamətdən hücum başladı İki ölkə ön planda

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin yanvarın 1-dən Rusiyadan elektrik enerjisi idxalını tam dayandırıb. “Kommersant” qəzetinin etibarlı mənbələrə istinadən xəbərinə görə, səbəb ixrac qiymətlərinin Çinin daxili tariflərini üstələməsi və alışın iqtisadi cəhətdən səmərəsiz olmasıdır. Bundan əvvəl Pekin Moskvanın enerji məhsullarının alınmasında yalnız öz maraqlarını əsas götürəcəyini açıqlamışdı. ABŞ Prezidenti Donald Tramp isə Hindistandan sonra Çinin Rusiya neftinin idxalını dayandırmasına xüsusi diqqət yetirəcəyini demişdi. Qeyd edək ki, Hindistan və Çin Rusiya xam neftinin ən böyük alıcısıdır.

Rusiya neftinin iki əsas idxalçısını itirməsi onun iqtisadiyyatına necə təsir edəcək? ABŞ-ın burada hər hansı rolu olubmu? Proses Rusiya-Hindistan, Rusiya-Çin münasibətlərinə necə yansıya bilər?

Globalinfo.az-a danışan iqtisadçı Turab Rzayev deyib ki, burada 3 əsas istiqamətdə fəaliyyət planı mövcuddur:

“Birinci istiqamət odur ki, Çin Rusiyanın enerji daşıyıcılarını satdığı qiymətləri daha da aşağı salmağa, yəni faktiki olaraq dempinq siyasəti (beynəlxalq ticarət zamanı malların xarici bazarda adi bazar qiymətindən daha aşağı qiymətə satılması) aparmağa çalışır. Hazırda Rusiya məhsullarını geniş miqyasda digər ölkələrə sata bilmir. Çin sanksiyalarından və ABŞ-ın tətbiq etdiyi qadağalardan sonra Hindistan da Rusiya neftinin idxalını azaldıb. Digər ölkələr, o cümlədən Türkiyə, Braziliya və başqaları da müxtəlif səbəblərdən alış həcmlərini azaltmağa məcbur qalırlar. Bu şəraitdə Çin Rusiyanın alternativ bazarlarının məhdud olmasından istifadə edərək qiymətlərin daha da endirilməsinə çalışır. Pekinin Moskva ilə uzunmüddətli enerji alışı üzrə müqavilələri mövcuddur. O, neft, qaz və kömürü Rusiya bazarından daha ucuz qiymətə əldə edir. Bu isə Çində istehsal xərclərinin aşağı düşməsinə imkan yaradır. Pekin məqsədli şəkildə qiymətləri minimum səviyyəyə endirməyə və yaranmış vəziyyətdən maksimum faydalanmağa çalışır”.

Turab Rzayev

İqtisadçı bildirib ki, Çin dempinq siyasəti ilə yanaşı, Rusiyanı özündən daha asılı vəziyyətə salmaq istəyir:

“Bu, ikinci variantdır və bununla da Çinə siyasi təzyiq göstərmək niyyətində ola bilər. Bu fonda ABŞ-ın Çinə artan təzyiqləri də mühüm rol oynayır. Ehtimal olunur ki, Çin ABŞ-la açıq qarşıdurmadan yayınmaq üçün bu addımları birbaşa siyasi səbəblərlə deyil, guya iqtisadi səmərəsizliklə əsaslandırır. Üçüncü ehtimal isə tamamilə iqtisadi amillərlə bağlıdır. Belə ki, Çin artıq neft və qazı daha ucuz qiymətə əldə etdiyindən Rusiya ilə idxalın artırılması onun üçün hazırkı mərhələdə iqtisadi baxımdan sərfəli olmaya bilər”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri