Icma.az
close
up
RU
“Mossad” İranın sabiq prezidentini qaçırıb? RƏSMİ AÇIQLAMA

“Mossad” İranın sabiq prezidentini qaçırıb? RƏSMİ AÇIQLAMA

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az İran mətbuatına istinadən xəbər verir ki, ofis bununla bağlı iddiaları təkzib edib.

Bildirilib ki, keçmiş prezidentlə bağlı iddialar tamamilə yalandır. Açıqlamada bunun ictimai rəyi çaşdırmağa, İran xalqına qarşı psixoloji müharibə üçün istifadə olunduğu vurğulanıb.

Sabiq prezidentin ofisi ““The New York Times“ qəzetinin “hollivudvari” iddialarının təkzib edilməsinə ehtiyac görməsə də, ölkənin həssas şəraiti və siyasi vəziyyəti, həmçinin, düşmənlərin fitnəsinin qarşısını almaq məqsədilə bəyanat yaydıqlarını və bütün iddiaları qətiyyətlə təkzib etdiklərini” qeyd ediblər.

O da bildirilib ki, Mahmud Əhmədinejad əvvəlki kimi gündəlik fəaliyyətini davam etdirir.

Qeyd edək ki, “The New York Times” qəzeti Mahmud Əhmədinejadın İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın üzvləri ilə gizli şəkildə görüşdüyü, İsrail tərəfindən hakimiyyətə gətirilməsinin planlaşdırıldığı ilə bağlı məlumat yayıb. İddiaya görə, M.Əhmədinejad 2024-cü ildə Macarıstanın paytaxtı Budapeştdə İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la görüş keçirib.

Anonim ABŞ rəsmiləri hətta “Mossad”ın o zamankı direktoru David Barneanın Budapeştə səfər edərək, Əhmədinejadla şəxsən görüşdüyünü bildirib.

Yazıda deyilir ki, bu ilin fevralında İrana hücumlar başlayarkən, İsrail Əhmədinejadın yaşadığı yaşayış kompleksində mühafizə xidmətini və zirehli maşını hədəfə alıb. Bundan sonra isə qara rəngli avtomobil sabiq prezidenti götürərək, təhlükəsiz və gizli bir yerə aparıb. Lakin daha sonra Əhmədinejad naməlum şəraitdə həmin yeri tərk edib.

Belə ki, yazılanlara əsasən sabiq prezident İsrailin planı əsasında yenidən hakimiyyətə gəlmək istəməyib.

Bu hadisədən sonra isə Əhmədinejad ilk dəfə ötən həftə İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimində ictimaiyyət qarşısına çıxıb.

Məlumatlı mənbələr Əhmədinejadın İsrail nümayəndələri ilə görüşünün ifşa olunduğunu və onun hazırda ev həbsində saxlanıldığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 İyul 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri