Mourinyo bəxtsizlikdən gileyləndi
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Joze Mourinyo hakimlər, işlədiyi klublarda qarşılaşdığı qalmaqallar və "Mançester Siti"nin məhkəmə işi barədə danışıb.
“Yeni Sabah” xəbər verir ki, təcrübəli baş məşqçi karyerasındakı çətinlikləri bəxtsizliklə əlaqələndirərək "Real Madrid" dövrünü xatırladıb:
“Ədalətli olmaq lazımdırsa, problemin mən olduğuma inanmıram. Düşünürəm ki, problem bəxtsizlikdir və müəyyən klublara müəyyən vaxtlarda gəlməkdir. "Real Madrid"ə ilk gəldiyim dövrdə “Neqreira işi” mövzusunun ən parlaq illəri idi. O vaxt heç kim bu barədə heç nə bilmirdi, amma biz bunu hiss edir və yaşayırdıq. Mən ayrıldıqdan sonra hamı bundan xəbər tutdu. Sonra Türkiyə. Böyük bir qalmaqal. Mən "Fənərbaxça"dan ayrıldıqdan sonra hamı bundan xəbərdar idi”. pizza sifarişi
Mourinyo "Mançester Siti"nin maliyyə qaydalarını pozması iddiası ilə bağlı uzanan məhkəmə prosesinə mütəxəssis kimi yumorla yanaşdığını gizlətməyib:
“Bu məsələ ilə bir qədər zarafat etməyə üstünlük verirəm. 60 yaşlarımda olmağıma baxmayaraq, yekun qərar veriləndə hələ də burada olmağım üçün çox şanslı olmalıyam. İndi qərar veriləcək, sonra apellyasiya olacaq. Mən 80 yaşımda olacağam (gülür). Sağlamlığım imkan verdiyi müddətdə baş məşqçiliyə davam edəcəyəm. Heç vaxt dayandırmayacağam”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 09 Oktyabr 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















