Icma.az
close
up
RU
Mourinyo Formula 1 i ziyarət etdi, Ferstappenə hədiyyə verdi və Jota haqda danışdı

Mourinyo Formula 1 i ziyarət etdi, Ferstappenə hədiyyə verdi və Jota haqda danışdı

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

''Formula-1''də bu həftə mövsümün 12-ci yarışı keçirilir. Böyük Britaniya qran-prisi həmişəki kimi məşhur ''Silverstoun'' trassında baş tutacaq. Şənbə günü qran-prinin təsnifat mərhələsi keçirildi.
''Red Bull''un niderlandlı pilotu Maks Verstappen 24,892 saniyəlik göstərici ilə birinci sıranı ələ keçirdi. Ünlü pilot bu mövsüm 4-cü, karyerasında 44-cü dəfə poul qazanmağı bacardı. Yeri gəlmişkən, ''Fənərbaxça''nın çalışdırıcısı Joze Mourinyo bu dəfəki qran-pridə xüsusi qonaq qismində iştirak edib. Elə təsnifat mərhələsinin ardından Ferstappenə hədiyyəni də məhz ünlü portuqaliyalı mütəxəssis verib. Təsnifatın ardından Mourinyo onu əhatəyə alan jurnalistlərə maraqlı açıqlamalar verib. O, həm ''Formula-1''ə olan sevgisi, həm ''Fənər''dəki hədəfləri, həm də bu günlərdə faciəvi şəkildə dünyasını dəyişən həmyerlisi Dioqo Jota haqda danışıb:

''Bura demək olar, hər il gəlirəm. Çünki ''Silverstoun'' qran-prisi hər il tətilimin son günlərinə təsadüf edir. Ona görə də rahat şəkildə gəlib yarışı izləyə bilirəm. Bir daha deyirəm ki, ''Formula-1''i sevirəm. Amma eyni zamanda yeni şeylər öyrənməyi də sevirəm. Yeni insanlarla, komandaların rəhbərləri və pilotları ilə yaxından tanış olmaq gözəl bir təcrübədi. Müəyyən fikirləri bir-birimizlə bölüşürük. Eyni zamanda bir idman növündən digər idman növünə keçirə biləcəyiniz liderlik kimi keyfiyyətlərin olub-olmadığına da baxıram. ''Fənərbaxça'' ilə mövsümün əvvəlinin necə alınacağını zaman göstərəcək. Avqustun əvvəllərində bizi Çempionlar Liqasının təsnifat mərhələsi gözləyir. Təbii ki, çətin rəqiblərin olduğunu bilirik. Amma ÇL-in əsas mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu, komandada yer alan hər kəsin arzusudu. Jota haqda danışmağı xoşlamıram. Təbii ki, o, ən üst səviyyəli futbolçu idi. Adətən kimsə, bu həyatdan köçəndə onun haqda yaxşı sözlər deyirlər. Amma Jota həqiqətən də çox yaxşı oğlan idi. Bizim onunla menecerimiz eyni idi. Yəni bizim strukturun içində yer aldığı üçün onun haqda çox şey bilirdim. Ona görə də Liverpuldakı insanlar onunla bağlı sözlərimin həqiqət olduğunu bilir. Jotaya bu həyatda heç nə asan başa gəlməmişdi. Hər şeyə öz gücünə, mübarizə apararaq nail olmuşdu. Heç vaxt populyarlığın arxasınca qaçmırdı. Populyarlıq özü onu tapdı. Çox faciəvi bir hekayədi. Çünki 3 uşaq atasız, cavan bir xanım ərsiz qaldı və üstəlik yaşlı ana-ata hər iki övladını itirdi. Ağlasığmaz bir şeydi. Bunu qəbul etmək çox çətindi. Bəlkə də nə vaxtsa, qəbul edəcəyik. Amma indi yox. ''Liverpul'' onun ''20'' nömrəli formasını əbədiləşdirməklə necə möhtəşəm bir klub olduğunu növbəti dəfə göstərdi''.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 İyul 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see211

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see181

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see180

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see165

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see163

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see150

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see147

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see138

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri