Mourinyo: “Məqsədim çempionluqdur”
futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo açıqlama verib.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İstanbul təmsilçisini seçmə səbəbini açıqlayıb:
“Sakit qalıb, təklif gözləyir, təhlillər aparırdım. Fərqi təkliflər var idi. Məni motivasiya edəcək qərarı vermək üçün tələsmirdim. Həmin vaxt “Fənərbağça”da prezidentliyə namizədlərin hər biri ilə görüşdüm. Başa düşdüm ki, həqiqətən, məni çox istəyirlər. Klubun idman direktoru Mario Branko və prezident Ali Koç komandanın hədəflərini, arzularını danışdı. Artıq mənim üçün yeni çağırış var idi və bu klubun bir üzvü olmağa qərar verdim”.
Mourinyo “Fənərbağça”da hədəfinin çempionluq olduğunu söylədi:
“Əcnəbi məşqçilərin burada nə üçün uğur qazana bilmədiyini onlardan soruşun. İki il qalıb, çempion ola bilməzsəm, bunun səbəblərini rahat açıqlaya bilərəm. Eşitdiyim şeylərə inanmıram, özüm yaşamaq istəyirəm. Bütün məqsədim çempionluqdur. Olmayacağına inansam, əşyalarımı yığıb, gedərək. 20 il əvvəl Portuqaliyadan ayrılanda tez uyğunlaşıb, çempion olmuşdum. “Fənərbağça”nı çempion edə bilməyəcəyimə inansam, bura gəlməzdim”.
“Fənərbağça” Super Liqada 4 turdan sonra 10 xalla liderdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 25 İyul 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















