Mourinyo Real da yeni oyun sistemini müəyyənləşdirdi
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Real"ın yeni baş məşqçisi Joze Mourinyo komandanın hansı taktiki sxemlə çıxış edəcəyinə qərar verib.
QOL.az xəbər verir ki, bu barədə jurnalist Mario Korteqana məlumat yayıb. Onun sözlərinə görə, portuqaliyalı mütəxəssis Madrid təmsilçisini əsasən "4-2-3-1" sxemi ilə meydana çıxarmağı planlaşdırır.
Bildirilir ki, bu sistemdə iki dayaq yarımmüdafiəçisi çıxış edəcək. Onlardan biri yalnız müdafiə funksiyalarını yerinə yetirəcək və bu rola əsas namizəd Orelien Tçuamenidir.
İkinci dayaq yarımmüdafiəçisinə isə daha çox sərbəstlik veriləcək. Bu mövqedə Federiko Valverde çıxış edə bilər. Əgər "Real" yay transfer pəncərəsində yeni yarımmüdafiəçi heyətinə qatsa, həmin futbolçunun da bu rolda oynamaq ehtimalı var.
Qeyd edək ki, "Real" ötən mövsüm İspaniya La Liqasını 2-ci pillədə başa vurub. Madrid təmsilçisi çempionluq yarışında "Barselona"ya uduzub.
Baxış sayı:131
Bu xəbər 14 İyul 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















