Mourinyo “Real Madrid”in baş məşqçisi oldu KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın “Real Madrid” futbol klubu portuqaliyalı mütəxəssis Joze Mourinyonun baş məşqçi postuna təyinatı üçün “Benfika”ya 15 milyon avro ödəməyə razılaşıb.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisi “Benfika”nın mətbuat xidməti məlumat yayıb.
Lissabon klubu eyni zamanda yeni baş məşqçisinin də adını açıqlayıb. Komandanı bundan sonra Marku Silva çalışdıracaq.
63 yaşlı Joze Mourinyo 2010-2013-cü illərdə də “Real Madrid”ə rəhbərlik edib. Onun rəhbərliyi altında Madrid təmsilçisi bir dəfə İspaniya çempionu olub, həmçinin ölkə kubokunu və Superkubokunu qazanıb.
Mütəxəssis 2025-ci ilin sentyabrından “Benfika”nın baş məşqçisi idi. O, karyerası ərzində Portuqaliyanın “Leyriya” və “Portu”, İngiltərənin “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”, İtaliyanın “İnter” və “Roma”, eləcə də Türkiyənin Fenerbahçe S.K. klublarında çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 10 İyun 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















