Mourinyo: Ronaldo mənə lazım deyil
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Əl-Nəsr"in forvardı Türkiyə klubuna keçməyə razı salmaq üçün Kriştiano Ronaldoya şəxsən zəng etməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Publika.az xəbər verir ki, o, bu iddiaları təkzib edib:
“Kriştiano Ronaldo bura gəlməyəcək. Birinci səbəb odur ki, mənim üç yaxşı hücumçum var və başqa hücumçuya ehtiyacım yoxdur.
Kriştiano həmişə Kriştianodur, amma ona ehtiyacım yoxdur. Çünki hücumçularımdan razıyam. Ronaldo Səudiyyə Ərəbistanında pul qazanır və 1000 qol vurmağı hədəfləyir. Onu Türkiyəyə gəlməyə İstanbulun gözəlliyindən başqa nə sövq edə bilər?”.
Qeyd edək ki, Ronaldo "Real"da Mourinyonun rəhbərliyi altında çıxış edib.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 07 Dekabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















