Mourinyodan "Qızıl top"la bağlı: Siyasət təsir edir
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Real”ın baş məşqçisi Joze Mourinyo “Malaqa” ilə oyundan öncə keçirilən mətbuat konfransında “Qızıl top” mükafatı ilə bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, mütəxəssis sözügedən mükafatın karyerasını başa vurduqdan sonra uzun illər xatırlanacaq futbolçulardan birinə verilməli olduğunu qeyd edib:
"Qızıl top" karyerasını başa vurduqdan sonra həmişə üçün darıxacağımız futbolçulardan birinə verilməlidir. Maradona, Kriştiano, Messi, Ronaldo, Zidan...".
Portuqaliyalı mütəxəssis mükafatın yalnız Çempionlar Liqası və ya dünya çempionatındakı qələbəyə görə təqdim edilməsinin düzgün olmadığını vurğulayıb:
"Qızıl top"u yalnız Çempionlar Liqasını və ya dünya çempionatını qazandığı üçün futbolçuya vermək olmaz. Əgər əsas meyar Çempionlar Liqasında qələbədirsə, o zaman mükafatı Luis Enrikeyə verin. Mükafatı dünyanın ən yaxşı futbolçusu almalıdır. Bunun üçün onun ispaniyalı və ya PSJ-nin futbolçusu olması vacib deyil. "Qızıl top" dünyanın ən yaxşı üç-dörd futbolçusundan birinə verilməlidir və həmin oyunçular hazırda buradadır".
O, mükafatın seçimində siyasi amillərin də rol oynadığını bildirib:
"Qızıl top"un qalibinin müəyyənləşdirilməsinə siyasət təsir edir. Mən isə siyasi məsələlərə müdaxilə etməyi sevmirəm".
Qeyd edək ki, dünyanın ən yaxşı futbolçusuna verilən mükafatın qalibi oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə açıqlanacaq. Ötən il “Qızıl top” mükafatına PSJ-nin futbolçusu Usman Dembele layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:206
Bu xəbər 29 Avqust 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















