Mourinyonu əvəz edəcək ən real namizəd
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çempionlar Liqasında uğursuz nəticələrdən sonra "Fənərbağça" böyük ümidlərlə təyin olunan Joze Mourinyo ilə yollarını ayırmaq qərarına gəlib.
"Ölkə.az" xəbər verir ki, yeni baş məşqçi axtarışlarını sürətləndirən klubun ən real namizədi Aleks De Souzadır.
Bildirilir ki, komanda bu həftə onunla görüş keçirəcək.
2004-2012-ci illər arasında "Fənərbağça" ilə uğurlara imza atan Aleks de Souza 344 matçda 172 qol vurub, 150 məhsuldar ötürmə ilə azarkeşlərin qəlbində silinməz iz qoyub.
Üç Super Liqa çempionluğu, bir Türkiyə Kuboku və iki Super Kubok qazanan braziliyalı futbolçu iki dəfə bombardir, dörd dəfə isə ən yaxşı ötürmə müəllifi kimi tarixə düşüb.
Aleks Braziliyada baş məşqçilik karyerasına "Sao Paulo" U20 komandasında başlayıb. O, daha sonra "Antalyaspor"da da çalışıb.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 31 Avqust 2025 03:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















