Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Mövcud gərginliyin əsas mərkəzi Kəşmir olacaq ŞƏRH

Mövcud gərginliyin əsas mərkəzi Kəşmir olacaq ŞƏRH

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hindistan və Pakistan faktiki olaraq müharibə vəziyyətinə yaxınlaşıb


Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib. İki ölkə faktiki olaraq müharibə vəziyyətinə yaxınlaşıb. 22 aprel tarixində Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində silahlı şəxslərin turistlərə atəş açması nəticəsində baş verən insidentdən sonra Hindistan Pakistanı ittiham edib və İslamabadı terrorizmə gizli dəstək verməkdə günahlandırıb. Hadisədən dərhal sonra Yeni Dehli Pakistana qarşı bir sıra sərt addımlar atıb. Hindistan bəndlər və kanallar üzərində su axınını tənzimləyən dörd şlüz qapısını bağlayaraq Hind çayından Pakistana su axınının qarşısını alıb. Qeyd edək ki, bu, 1960-cı ildə imzalanmış Hindistan-Pakistan Su Müqaviləsindən sonra baş verən ilk belə haldır. Müqaviləyə əsasən, siyasi münasibətlərdən asılı olmayaraq, su ehtiyatlarının bölüşdürülməsi təmin edilməli idi. Pakistan Hindistanın bu addımını “müharibə aktı” kimi qiymətləndirəcəyini bildirib. Digər yandan Hindistan Pakistanla sərhəddə artan gərginlik və atışmalar fonunda gəmi əleyhinə raketləri sınaqdan keçirib. Məlumatda bildirilir ki, “atışların məqsədi uzun məsafələrdə dəqiq zərbələr endirmək üçün platforma, sistem və ekipajın hazırlığını nümayiş etdirməkdir”. Bununla yanaşı, Hindistan və Fransa arasında 7,3 milyard dollarlıq müqavilə imzalanıb. Müqaviləyə əsasən, Hindistan 26 ədəd “Rafale Marine” qırıcı təyyarəsi alacaq. Təbii ki, Pakistan da cavabsız qalmayıb. Gərginliyin artması fonunda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələrinin Pakistana doğru hərəkət etdiyi müşahidə olunub. “Flightradar” izləmə sisteminin məlumatına görə, Türkiyənin 6 ədəd C-130 təyyarəsi artıq İslamabaddakı hərbi bazaya eniş edib. 


Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, hazırda Hindistan və Pakistan arasında gərginliyin artması hər iki ölkənin silahlanmasını və bölgədəki təhlükəsizlik balansını ciddi sual altına alır. Ekspertin sözlərinə görə, hər iki ölkənin nüvə silahına malik olmasını nəzərə alsaq, münaqişənin qlobal miqyasda narahatlıq doğurması başadüşüləndir: 


"Hindistan və Pakistan tarixdə indiyədək rəsmi olaraq 4 dəfə müharibə aparıblar. Təkcə bu müharibələri analiz etmək belə mövcud gərginliyin potensial nəticələrini proqnozlaşdırmağa əsas verir. 1947-1948-ci il müharibəsi Hindistan və Pakistanın müstəqillik əldə etməsindən dərhal sonra baş verdi. Kəşmir hökmdarının Hindistana birləşmək qərarı Pakistanla qarşıdurmaya səbəb oldu. 1965-ci ildə Kəşmir bölgəsindəki mübahisə üzündən yenidən müharibə başladı. Müharibə təxminən bir ay davam etdi və çox sayda insan tələfatına səbəb oldu. BMT-nin müdaxiləsi ilə atəşkəs əldə olundu. 1971-ci il müharibəsi əsasən Şərqi Pakistanın (indiki Banqladeş) müstəqillik uğrunda apardığı mübarizə çərçivəsində baş verdi. Hindistan Banqladeşi dəstəklədi, nəticədə Pakistan məğlub oldu və Banqladeş müstəqilliyini qazandı. 1999-cu il Kargil münaqişəsində Pakistan ordusu və yaraqlılar Kəşmirin Kargil bölgəsində Hindistan mövqelərini ələ keçirməyə cəhd etdilər. Hindistan cavab hücumu ilə ərazini geri aldı. Bu lokal xarakterli münaqişə də rəsmi olaraq müharibə səviyyəsində qiymətləndirilir. Göründüyü kimi, 1971-ci il müharibəsi istisna olmaqla, digər üç münaqişə birbaşa Kəşmir bölgəsi ilə bağlıdır. Bu da onu göstərir ki, mövcud gərginliyin də əsas mərkəzi məhz Kəşmir olacaq. Əlbəttə, digər bölgələrdə də toqquşmalar mümkündür".


Analitikin qənaətincə, ümumilikdə, müasir müharibələrin təbiəti dəyişib: 

"Texnologiyanın inkişafı, silah və hərbi texnikanın baha olması müharibələri həm xərcli, həm də mürəkkəb hala gətirib. Hindistan və Pakistanın iqtisadi və sosial problemlərini nəzərə alsaq, klassik, uzunmüddətli və total müharibənin baş verməsi ehtimalı azdır. Mövcud gərginlik daha çox 1999-cu il Kargil Münaqişəsi tipli qısamüddətli hərbi qarşıdurma ilə yekunlaşa bilər. Hindistan və Pakistanın nüvə silahına malik olması onların müharibə aparmaq imkanlarını məhdudlaşdıran əsas amillərdəndir. Hesab edirəm ki, iki ölkə total müharibə vəziyyətində belə nüvə silahından istifadə etməyəcək. Amma bu silahların mövcudluğu münaqişənin uzunmüddətli olmasının qarşısını alır, çünki böyük güclər bir müddət sonra müdaxilə edərək tərəfləri sülhə çağıracaqlar". 


T. Rzayev əlavə edib ki, mövcud gərginliyin əsas səbəblərindən biri Hindistanda hakimiyyətdə olan radikal millətçi BJP partiyası və onun lideri Narendra Modidir: 

"Modi uzun müddətdir islamofob və ifrat millətçi siyasət aparır. 2014-cü ildə hakimiyyətə gəldikdən sonra Hindistanda islamofobiya və müsəlmanlara qarşı zorakılıq halları artmağa başlayıb. Hindli millətçilərin müsəlmanları ölümlə hədələyən and videoları dəfələrlə beynəlxalq reaksiyalara səbəb olub. Narendra Modinin müsəlmanlara qarşı atdığı ən qatı islamofob addımlardan biri vətəndaşlıq aktına etdiyi düzəlişdir. Yeni qanuna əsasən, Əfqanıstan, Pakistan və Banqladeşdən olan qeyri-müsəlman qaçqınlara Hindistan vətəndaşlığının verilməsi sadələşdirilib. Modinin antimüsəlman siyasəti ilə yanaşı, Hindistandakı ağır sosial-iqtisadi vəziyyət də gərginliyin artmasına səbəb olur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2025 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri