Icma.az
close
up
RU
Mövcud ticarət və beynəlxalq hüquqi sənədlər Orta Dəhlizin əhəmiyyətini daha da artırır AQC SƏDRİ

Mövcud ticarət və beynəlxalq hüquqi sənədlər Orta Dəhlizin əhəmiyyətini daha da artırır AQC SƏDRİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Orta Dəhliz hazırda strateji baxımdan mühüm əhəmiyyət kəsb edən bir nəqliyyat marşrutudur. Bu marşrut vasitəsilə yüklərin Çindən Avropaya çatdırılma müddəti əvvəllər təxminən 30 gün təşkil edirdisə, hazırda bu müddət 12–18 günə qədər azaldılmışdır. Bu isə nəqliyyat vaxtına əhəmiyyətli qənaət edilməsinə şərait yaratmışdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, marşrut boyunca müasir texnoloji yeniliklərin tətbiqi və iri həcmli investisiya yatırımları həyata keçirilmişdir: "Bu infrastruktur yenilikləri nəticəsində yükdaşıma limanlarında logistika və gömrük imkanları genişlənmiş, bu isə öz növbəsində daşımaların keyfiyyətinə və operativliyinə müsbət təsir göstərmişdir. Beləliklə, bu marşrutdan istifadə edən dövlətlər bu nəqliyyat xəttinin üstünlüklərindən razılıq ifadə edirlər.

Orta Dəhliz üzərində yerləşən Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan ərazilərində dəmir yolu, liman və logistika mərkəzlərinin formalaşması elə bir şərait yaratmışdır ki, hətta Rusiya və Ukrayna ərazilərində müharibə şəraiti hökm sürdüyü hallarda belə, Orta Dəhliz marşrutunun əhəmiyyəti və istifadəsi qorunub saxlanılır.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu həm iqtisadi baxımdan səmərəli, həm də vaxt baxımından qənaətcil bir nəqliyyat alternativi kimi çıxış edir. Eyni zamanda, bu marşrut regional əməkdaşlığın dərinləşməsinə də töhfə verir. Xüsusilə də bu marşrut üzrə yerləşən dörd əsas dövlətin qarşılıqlı əlaqələrinin intensivləşməsi üçün əlverişli zəmin formalaşdırır".

Sədr bildirib ki, bu çərçivədə gömrük inteqrasiyası, logistika sahəsində əməkdaşlıq, mövcud ticarət və beynəlxalq hüquqi sənədlər Orta Dəhlizin əhəmiyyətini daha da artırır və marşrut üzrə yerləşən dövlətlər arasında intensiv koordinasiya mexanizminin qurulmasına xidmət edir: "Qeyd olunan dövlətlərdə və bütövlükdə Avropa bazarında Çin istehsalı məhsulların üstünlük təşkil etməsi və bu məhsullara olan tələbatın yüksək olması, Çin mallarının Avropaya və marşrut üzərindəki digər ölkələrə çatdırılmasında Orta Dəhlizin mühüm rolunu daha da ön plana çıxarır.

Qeyd etdiyiniz kimi, Orta Dəhliz artıq təkcə alternativ bir nəqliyyat marşrutu kimi deyil, beynəlxalq səviyyədə mühüm əhəmiyyətə malik əsas nəqliyyat dəhlizi kimi tanınmaqdadır. Bu marşrut həm iqtisadi baxımdan səmərəli, həm də siyasi baxımdan daha sabit və təhlükəsiz hesab olunur ki, bu da onun uzunmüddətli davamlılığını təmin edən əsas faktorlardandır.

Eyni zamanda, iqlim və təhlükəsizlik faktorları da bu dəhlizin əhəmiyyətini artıran mühüm amillər sırasındadır. Xüsusilə, mövsümi keçidlərin sərt olmaması və iqlim şəraitinin daha sabit olması bu trayektoriyada logistik fasilələrin az yaşanmasına səbəb olur. Bu isə Rusiya və Ukrayna kimi marşrutlarda müşahidə olunan risklərdən fərqli olaraq, Orta Dəhlizi daşıyıcı şirkətlər üçün daha cəlbedici edir.

Əgər əvvəllər Orta Dəhliz yalnız alternativ bir nəqliyyat marşrutu kimi qiymətləndirilirdisə, son üç il ərzində bu dəhliz üzrə yükdaşımanın beş dəfə artması, onun funksional əhəmiyyətinin və strateji rolunun ciddi şəkildə yüksəldiyini göstərir. Nəticədə, bu marşrut artıq əsas nəqliyyat xətti statusuna yüksəlmişdir və perspektiv baxımından əvvəlki ənənəvi marşrutlardan daha əlverişli olduğu üçün onların əhəmiyyətinin azalmasına və ya istismardan çıxarılmasına səbəb olur"- deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 İyun 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri