Icma.az
close
up
RU
ICGB: Ukrayna üzərindən qaz tranzitinin dayandırılması Şaquli dəhlizin əhəmiyyətini artırır

ICGB: Ukrayna üzərindən qaz tranzitinin dayandırılması Şaquli dəhlizin əhəmiyyətini artırır

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Gələn ilin yanvar ayından Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin dayandırılması ehtimalı Şaquli Qaz Dəhlizinin əhəmiyyətini artırır".

"Report" xəbər verir ki, bu barədə ICGB boru kəməri şirkətinin (Yunanıstan-Bolqarıstan interkonnektorunun operatoru) baş direktoru Teodora Georgiyeva COP29-un kuluarlarında jurnalistlərə bildirib.

O qeyd edib ki, hazırda şirkət IGB qaz kəmərinin ötürücülük qabiliyyətinin ildə 5 milyard kubmetrə çatdırılması imkanının reallaşdırılması üzərində işləyir.

"Biz hazırda IGB-nin genişləndirilməsi üzərində işləyirik, çünki təkcə Trans-Adriatik Boru Qaz Kəməri (TAP), Cənub Qaz Dəhlizi və Azərbaycanla əlaqəli deyilik, həm də Şaquli Qaz Dəhlizinin bir hissəsiyik, belə ki, Aleksandrupolisdə mayeləşdirilmiş qaz terminalı artıq istifadəyə verilib. Bu baxımdan IGB-nin ildə 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər genişləndirilməsi üçün böyük potensialın olduğunu düşünürük. Bundan əlavə, bu ilin sonunda Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılması təhlükəsi Cənub Qaz Dəhlizi ilə birlikdə Şaquli qaz dəhlizinin əhəmiyyətini artırır", - o bildirib.

T.Georgiyeva əlavə edib ki, IGB-nin gücünün artırılması yolunda əsas problem Aİ tərəfindən karbohidrogen layihələrinə maliyyə dəstəyinin olmamasıdır.

"Bu, yolumuzda duran bəzi maneələrdir, lakin hesab edirəm ki, biz Şaquli Qaz Dəhlizinin digər iştirakçıları ilə birlikdə bunun öhdəsindən gələcəyik", - o qeyd edib.

T.Georgiyeva, həmçinin bildirib ki, Azərbaycan Bolqarıstan üçün enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm rol oynayır. "O, çox etibarlı tərəfdaşdır. Əgər Azərbaycan 2020-ci ildən Bolqarıstanın qaza olan tələbatının 30 %-ə qədərini təmin edirdisə, ölkədə istehlakın azaldığını nəzərə alsaq, bu, indi daha çoxdur. Bolqarıstanın ildə 3 milyard kubmetrdən az olan daxili qaz istehlakından ildə 1 milyard kubmetri Azərbaycandan çox əlverişli qiymətə daxil olur və biz belə etibarlı tərəfdaşımızın olmasına çox şadıq", - T.Georgiyeva vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://sitat.info
archiveBu xəbər 14 Noyabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see305

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see187

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see153

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see149

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see149

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see146

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see141

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see140

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see140

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see139

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see137

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see135

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see126

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see125

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri