Icma.az
close
up
RU
“Mövqeyimizi danışıqlardan aldığımız məlumatlardan sonra müəyyən edəcəyik Peskov

“Mövqeyimizi danışıqlardan aldığımız məlumatlardan sonra müəyyən edəcəyik Peskov

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mövqeyimizi mətbuat vasitəsilə deyil, ikitərəfli danışıqlarda məlumat aldıqdan sonra müəyyən edəcəyik”.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ilə ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Uolts arasında telefon danışığı olduğunu qeyd edən Peskov, ABŞ-nin Ciddədə Ukrayna ilə görüşləri haqqında məlumatları çatdırmağa başladığını bildirib.

“Amerikalı müzakirəçilər bu gün Moskvaya gəlir. Bəzi məlumatlar Rusiya tərəfinə ötürülüb. Məlumat ötürülməsi aktivdir. Biz mətbuat vasitəsi ilə deyil, ikitərəfli təmaslar zamanı ətraflı məlumat aldıqdan sonra mövqeyimizi müəyyən edəcəyik. Krım, Sevastopol, Xerson, Zaporojya, Donetsk və Luqansk Rusiyanın bölgələridir. Onlar bizim konstitusiyamıza daxil edilib. Bu faktdır”, - o qeyd edib.

Ukrayna böhranının həlli ilə bağlı danışıqların hələ başlamadığına diqqət çəkən Peskov, bundan əvvəl tərəflərin mövqeləri ilə bağlı ictimaiyyətə açıqlama vermənin düzgün olmadığını bildirib. Peskov bəyan edib ki, Rusiya ərazisi olan Kursk bölgəsi də ən qısa zamanda Ukrayna hərbçilərindən təmizlənəcək.

Qeyd edək ki, martın 11-i 9 saatlıq danışıqlardan sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında ABŞ komandasına konstruktiv ünsiyyətə görə təşəkkür edib. O qeyd edib ki, atəşkəs müsbət təklifdir. ABŞ Prezidenti Donald Tramp isə danışıqlardan sonra Kiyev administrasiyasına hərbi və kəşfiyyat yardımına dərhal yenidən başlamaq barədə göstəriş verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Mart 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri