Icma.az
close
up
RU
Mövsümi meyvə tərəvəz niyə bahadır?

Mövsümi meyvə tərəvəz niyə bahadır?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay mövsümündə bazarlarda meyvə-tərəvəz bolluğu müşahidə olunsa da, qiymətlər hər ailənin büdcəsinə uyğun olmur.

Mövsümə uyğun olaraq məhsulların bazara çıxışının artması qiymətlərin aşağı düşəcəyi gözləntisi yaratsa da, real vəziyyət bəzi hallarda fərqli mənzərə ortaya qoyur.

Xüsusilə bəzi meyvə və tərəvəzlərin qiymətinin yüksək olması alıcıların seçim imkanlarını məhdudlaşdırır və gündəlik xərclərə təsir edir.

Bəs mövsümi meyvə-tərəvəzin qiyməti niyə münasib deyil?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, meyvə-tərəvəzin qiymətini yalnız bazarda məhsulun çox və ya az olması müəyyən etmir:

“Əsas amil tələb və təklif olsa da, məhsulun istehsalçıdan istehlakçıya çatana qədər keçdiyi bütün mərhələlər qiymətə təsir göstərir. Fermerin istehsal xərcləri, gübrə, toxum, dərman, suvarma, əməkhaqqı, yanacaq və texnika xərcləri artdıqda bu, son qiymətdə də özünü göstərir.

Bundan sonra daşınma və logistika xərcləri gəlir. Məhsul rayonlardan Bakıya və digər böyük şəhərlərə gətirilirsə, yanacaq, nəqliyyat, anbar, soyuducu sistemləri və məhsulun yolda xarab olması ilə bağlı itkilər qiymətə əlavə olunur.

Xüsusilə tez xarab olan meyvə-tərəvəzdə bu amil daha böyük əhəmiyyət daşıyır. Mövsümi bolluq qiymətlərin aşağı düşməsi üçün əlverişli şərait yaradır, amma bolluğun özü avtomatik olaraq ucuzlaşma demək deyil.

Əgər məhsulun istehsal xərcləri yüksəkdirsə, fermer məhsulu maya dəyərindən aşağı satmaq istəmir. Digər tərəfdən, bazarda topdansatış və pərakəndə mərhələləri arasında yaranan qiymət fərqi də son qiyməti artırır”.

Onun sözlərinə görə, idxal və ixrac da mühüm amildir:

“Yerli məhsul bol olsa belə, müəyyən məhsulların ixracının artması daxili bazarda təklifi azalda və qiyməti yüksəldə bilər. Əksinə, ucuz idxal məhsulunun bazara daxil olması yerli məhsulun qiymətinə aşağı istiqamətdə təzyiq göstərə bilər.

Hava şəraiti də qiymətlərə ciddi təsir edir. Güclü yağış, dolu, quraqlıq və yüksək temperatur məhsuldarlığı azalda və məhsul itkisini artıra bilər. Bu halda bazara daxil olan məhsulun həcmi azalır və qiymət yüksələ bilər.

Əksinə, əlverişli hava şəraiti məhsuldarlığı artıraraq qiymətlərin sabitləşməsinə və ya ucuzlaşmasına şərait yarada bilər”.

Ekspert qeyd edib ki, məhsulun keyfiyyəti və sortu qiymətin formalaşmasında ən vacib amillərdən biridir:

“Eyni məhsulun birinci sortu ilə aşağı keyfiyyətli məhsulu arasında ciddi qiymət fərqi ola bilər. Bazarın yerləşdiyi ərazi, alıcılıq qabiliyyəti və tələb də qiymətə təsir göstərir.

Məsələn, Bakıda eyni məhsulun qiyməti məhsulun istehsal olunduğu rayondakı qiymətdən daha yüksək ola bilər. Ona görə də yayda bazarda meyvə-tərəvəz bolluğunun olması yalnız qiymətin ucuzlaşması üçün şərtdir, amma kifayət deyil.

Qiymətin aşağı düşməsi üçün məhsul bolluğu ilə yanaşı, istehsal və logistika xərclərinin münasib olması, itkilərin azaldılması və istehsalçıdan istehlakçıya qədər olan zəncirdə həddindən artıq qiymət əlavələrinin olmaması lazımdır”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: meyvə-tərəvəz Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:291
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Sentyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri