MPL: “Zirə” lider, “Şəfa” autsayder
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Misli Premyer Liqasında 11 turdan sonra ev oyunlarında ən çox qələbə qazanan komanda məlum olub.
Futbolpress.az-ın məlumatına görə, bu, “Zirə”dir. Qəsəbə təmsilçisi Zirədə keçirdiyi 7 matçda 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edib.
Çempionatda I dövrədə ev oyunlarında məğlub olmayan 4 komanda var. “Zirə” ilə yanaşı, “Turan Tovuz”, “Sabah” və “Neftçi”nin doğma divarlar arasında biləyi bükülmür.
“Zirə”dən sonra bu göstəricidə ən yaxşı kollektiv “Turan Tovuz”dur. Kurban Berdıyevin yetirmələri 5 görüşdə 4 qələbə qazanıb, 1 heç-heçə edib. Aktivində 13 xal olan “bozqurlar” bu görüşdə 7 qol vurub, 3-nü buraxıb.
Ev matçlarında ən pis göstərici “Şəfa”ya məxsusdur. Oyunlarını Sumqayıtda keçirən bakılılar 5 matçda 1 heç-heçə edib, 4 dəfə uduzub. 3 qol vuran kollektiv 9-nu buraxıb.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 10 Noyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















