Mqer Qriqoryan: Azərbaycanla sərhədin demarkasiyası ilə biz suverenliyimizi möhkəmləndiririk
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycanla sərhədi demarkasiya etməklə Ermənistan öz suverenliyini möhkəmləndirir və zəifliklərini azaldır".
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə müsahibəsində bildirib.
"Demarkasiya prosesi Gürcüstan sərhədindən İran sərhədinə qədər davam edəcək. Ümid edirəm ki, bu, qaydalara uyğun həyata keçiriləcək. Mən hər hansı təhlükənin yaranacağını düşünmürəm", - deyə Ermənistan rəsmisi qeyd edib
Qriqoryan onu da əlavə edib ki, sülh müqaviləsinin imzalanması və sərhədlərin demarkasiyası paralel proseslərdir, biri digərinin həyata keçirilməsi üçün əsas deyil.
Baş nazirin müavini bildirib ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların növbəti iclasının vaxtı hələlik məlum deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 28 May 2025 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















