MrBeast yeni rekorda imza atdı
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Amerikalı videobloqer, "MrBeast" kimi tanınan Cimmi Donaldson "YouTube" platformasında yeni rekorda imza atıb.
Lent.az xəbər verir ki, o, platforma tarixində 500 milyon abunəçi toplayan ilk yutuber olub.
"MrBeast" kanalının əsası 2012-ci ilin fevralında qoyulub. İlk vaxtlar o, əsasən kompüter oyunları ilə bağlı videolar hazırlayıb, daha sonra isə formatı dəyişərək böyükbüdcəli "çellenc"lər, mükafatlı yarışmalar və xeyriyyə layihələri ilə məşhurlaşıb.
Onun ən məşhur videolarından biri "Kalmar oyunu real həyatda" adlı layihədir və bu video təxminən bir milyard baxış toplayıb. İlk viral uğuru isə 2017-ci ildə 10 minə qədər fasiləsiz saydığı video ilə gəlib.
Hazırda "MrBeast təkcə bloqer deyil, həm də sahibkardır - onun "MrBeast Burger" restoran şəbəkəsi və "Feastables" şirniyyat brendi mövcuddur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 14 İyun 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















